Ağsuda 20 Yanvar faciəsinin 22-ci ildönümü qeyd edilib

20 Yanvar faciəsinin iyirmi ikinci ildönümü münasibətilə rayon ictimaiyyətinin iştirakı ilə "Qəhrəmanlıq parkı"nda tədbir keçirildi.
"Qəhrəmanlıq tariximizin 20 Yanvar səhifəsi" mövzusunda məruzə ilə çıxış edən Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev bildirdi ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet qoşunlarının təcavüzü nəticəsində təkcə Bakı şəhərində 131 nəfər xüsusi amansızlıqla qətlə yetirildi, 800 nəfərdən çox adam isə yaralandı. Vəhşiləşmiş hərbiçilər tərəfindən 200 ev və mənzil talan edilərək yandırıldı, 80 avtomaşın o cümlədən təcili yardım maşınları, külli miqdarda şəxsi və dövlət əmlakı məhv edildi. Ən acınacaqlı hal isə o idi ki, respublika rəhbərliyi əvvəlcədən xalqa xəyanət yolu tutaraq bu qəsdin qarşısını almaq üçün heç bir tədbir görmədi.
Natiq daha sonra faciənin ertəsi günü ilk dəfə olaraq Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev 20 Yanvar hadisəsi ilə əlaqədar olaraq Moskvada yerləşən nümayəndəliyimizə gələrək dünyada böyük əks-səda doğuran bəyanatla çıxış etdi. Konkret olaraq 20 Yanvar hadisəsinin Azərbaycan xalqına qarşı törədilmiş cinayət olduğunu bildirdi. 20 Yanvar faciəsinə ilk siyasi hüquqi qiymət də 1991-ci ildə Naxçıvanda məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə verildi.
Ümummilli lider Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə siyasi hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar hadisələrinə rəsmi hüquqi qiymət verilməsinə nail oldu. Cinayət törədənlərin adları ictimaiyyətə çatıdırıldı və 20 Yanvar hadisələri Sovet rəhbərliyi tərəfindən xalqımıza qarşı törədilmiş cinayət kimi qiymətləndirildi.
Çıxışlardan sonra torpaqlarımızın azadlığı uğrunda həlak olmuş həmvətənlərimizin ruhlarına dualar oxundu.
Tədbir 20 Yanvar faciəsinin iyirmi ikinci ildönümü münasibətilə ictimaiyyətin iştirakı ilə rayonun "Qəhrəmanlıq parkı"nda və Şəhidlər qəbirstanlığında torpaqlarımızın azadlığı uğrunda həlak olmuş həmvətənlərimizin xatirəsinə əklil və tər çiçək dəstələri qoyulması ilə davam etdirildi.
Rayon Mədəniyyət sarayında isə 20 Yanvar faciəsinin iyirmi ikinci il dönümü münasibətilə rayon ictimaiyyətinə faciə ilə əlaqədar film nümayiş olundu və rayon Mədəniyyət evinin hazırladığı "Milli qürur günü" mövzusunda əbədi-bədii kompozisiya nümayiş etdirildi.

{nl}

İlqar HƏSƏNOV, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında