Torpaq, uğrunda ölən varsa Vətəndir!

Sabirabad rayonunda 20 Yanvar faciəsinin 22-ci ildönümü münasibətilə kompleks tədbirlər keçirilmişdir. Qeyd etmək lazımdır ki, 1990-cı il yanvarın 20-də rayonun iki sakini- Zəbulla Əliyev və Mehman Məmmədov milli azadlıq uğrunda öz həyatlarını qurban vermiş şəhidlərin arasında olmuşdur. Ümumiyyətlə, Ermənistan-Azərbaycan və Dağlıq Qarabağ münaqişəsi zamanı 222 nəfər ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuşdur.
Onlardan ikisi- Mübariz Əhmədov və Fərhad Ağayev Azərbaycanın Milli Qəhrəmanıdır, Maqsud Daşdıyev və Daşqın Əhmədov isə ölümlərindən sonra "Azərbaycan bayrağı" ordeni ilə təltif edilmişlər. Bir sözlə, Sabirabadda şəhidlərin xatirəsi həmişə əziz tutulur. "Şəhidlər Xiyabanı" onların xatirəsinə böyük ehtiramın bariz nümunəsidir.
20 Yanvar faciəsinin 22-ci ildönümü "Şəhidlər Xiyabanı"nın qarşısında keçirildi. Tədbiri rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov açaraq şəhidlərin hünər və qəhrəmanlıq yolundan danışdı. Həmin dövrü geniş təhlil edən natiq ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verməsini xalqımız qarşısında əvəzsiz xidmətlərindən biri kimi dəyərləndirdi.
"Şəhidlər Xiyabanı"nında uyuyan Milli Qəhrəman Fərhad Ağayevin atası İslam Ağayev söz alaraq bildirdi ki, müqəddəs amallar uğrunda şəhid olanların ömrü Vətənin və xalqın ömrü qədərdir. Odur ki, mən qürurluyam ki, oğlum Vətənimizin azadlığı uğrunda canını fəda etmişdir.
Sonra çıxış edənlər - Qarabağ müharibəsi veteranları birliyinin sədri Faiq Hüseynov və tələbə Aytən Baloğlanova şəhidlərimizin ölməzliyindən danışaraq gəncləri onlar kimi mərd və vətənpərvər olmağa çağırdılar.
Bakı vaxtı ilə saat 12.00-da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu və avtomobillərdən səs siqnalları verildi.
Rayon ağsaqqalları, ziyalılar, gənclər, təhsil və mədəniyyət müəssisələrinin kollektivləri xiyabanı ziyarət etdilər və şəhidlərə öz ehtiramlarını bildirdilər.

{nl}

Səməd HÜSEYNOĞLU, "Xalq qəzeti"nin bölgə müxbiri

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında