Yasamal rayonunda şəhidlərin xatirəsi yad edilmişdir

20 Yanvar hadisələrindən 22 il keçməsinə baxmayaraq, bu dəhşətli faciə heç vaxt unudulmur. 1990-cı il yanvarın 20-də təpədən dırnağa qədər silahlanmış sovet ordusunun döyüş hissələri Azərbaycana yeridilərək azadlıq və istiqlaliyyət uğrunda öz haqq səsini qaldıran dinc əhaliyə misli görünməmiş divan tutmuşdur. Şərəf və ləyaqətini, milli mənliyini hər şeydən uca tutan mərd oğul və qızlarımız ən müasir silahlarla silahlanmış imperiya ordusu qarşısında əyilməmiş, sınmamış və sona qədər mübarizə apararaq şəhidlik zirvəsinə ucalmışlar.
Sinələrini imperiya ordusu qarşısında sipər edən qəhrəman oğul və qızlarımız nəhayət öz istəklərinə qovuşdular. Bu dəhşətli hadisədən sonra Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Şəhidlərimizin arzusu həyata keçdi və Azərbaycan imperiya buxovlarından azad olaraq müstəqilliyini bərpa etdi. 20 Yanvar faciəsinin ən çox tüğyan etdiyi, günahsız insanların gülləbaran olunduğu ərazilərdən biri də metronun 20 Yanvar stansiyasının ətrafı idi. Bu dəhşətli hadisədən uzun müddət keçməsinə baxmayaraq, həmin ərazidə şəhidlərin xatirəsini əbədiləşdirən abidə diqqəti cəlb etmirdi. Ötən il Yasamal Rayon İcra Hakimiyyəti rəhbərliyinin təşəbbüsü ilə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş memorial abidə kompleksi ucaldıldı.
Ötən il yanvarın 20-də memorial abidə kompleksinin açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti,YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva da iştirak etmişlər. Möhtərəm Prezidentimiz mərasim iştirakçıları qarşısında bir daha bəyan etdi ki,Vətən uğrunda şəhid olanlar heç vaxt unudulmur, onlar həyat durduqca yaşayırlar.
20 Yanvar faciəsi zamanı təkcə Yasamal rayonu üzrə 35 nəfər şəhid, 56 nəfər isə ömürlük əlil olmuşdur. Onların ailə üzləri rayon icra hakimiyyəti rəhbərliyinin daim diqqət mərkəzində olmuş, qarşılaşdıqları problemlərin aradan qaldırılmasında köməklik göstərilmişdir. Bu dəhşətli faciənin 22-ci ildönümü ərəfəsində şəhid və əlil ailələri ilə görüş keçirilmiş, onlara yardım edilmişdir. Dünən isə Yasamal Rayon İcra Hakimiyyətinin rəhbərliyi, idarə və müəssisələrin kollektivləri, ziyalılar və rayon ictimaiyyətinin nümayəndələri 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış memorial abidə kompleksinin qarşısına toplaşaraq şəhidlərin ruhunu bir dəqiqəlik sükutla yad etmişlər. Sonra memorial abidə kompleksi önünə tər çiçəklər, gül dəstələri düzmüşlər.
Vətən uğrunda şəhidlik zirvəsinə ucalanlar insanların qəlbində əbədi olaraq yaşayırlar.

{nl}

Əliqismət BƏDƏLOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında