Dövlət İdarəçilik Akademiyasında anım mərasimi keçirilmişdir

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilmişdir. Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Mərasimi akademiyanın rektoru, akademik Urxan Ələkbərov açaraq, 1990-cı ilin qanlı yanvar günlərini xatırlatmış, sovet imperiyasının törətdiyi bu qanlı cinayətin xalqımızın milli azadlıq hərəkatını boğmağa, ərazi bütövlüyümüzün qorunması naminə haqq səsimizi susdurmağa çalışan siyasətin acı nəticəsi olduğunu qeyd etmişdir. Rektor bu hadisələrin unudulmadığını, günahsız insanların əziz xatirəsinin xalqımızın qəlbində hər zaman yaşayacağını bildirmişdir.
1988-ci ildə respublikamızda baş vermiş məlum hadisələrin davamı olan və böyük fəlakətlə nəticələnən bu faciə tariximizə Qanlı Yanvar hadisələri kimi daxil olmuşdur. V.Ələkbərov həmin dövrdə Moskvada yaşayan xalqımızın böyük oğlu, görkəmli siyasi xadim, ümummilli lider Heydər Əliyevin böyük çətinliklər bahasına öz haqq səsini qaldıraraq xalqımızın başına gətirilən müsibətlərin dünya ictimaiyyətinə çatdırılması üçün göstərdiyi səylərdən, onun Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransının əhəmiyyətindən danışmışdır. Rektor Heydər Əliyevin ölkə rəhbərliyinə yenidən qayıdışından sonra bu istiqamətdə gördüyü işlərdən, onun təşəbbüsü ilə ilk dəfə bu hadisəyə hüquqi-siyasi qiymət verildiyini diqqətə çatdırmışdır. O, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi, onların ailə üzvlərinə kömək üçün ulu öndərin imzaladığı sənədlərin bu insanların xatirəsinə böyük ehtiram olduğunu bildirmişdir.
Tədbirdə akademiyanın tarix kafedrasının müdiri, dosent Firdovsiyyə Əhmədova, politologiya kafedrasının müdiri, professor Nigar Ələkbərova, dosent Elçin Əhmədov və dosent Fəxrəddin Nağıyev çıxış edərək, 1990-cı il yanvarın 20-də baş vermiş hadisələrdən söhbət açmışlar.

{nl}

S.MƏMMƏDBƏYOVA, DİA-nın mətbuat və informasiya xidmətinin rəhbəri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında