20 Yanvar əlilləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq edirlər

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 20 Yanvar hadisələrindən 22 il ötür. İllər keçəcək, lakin Vətən oğullarının xatirəsi əbədi yaşayacaqdır. Biz eyni zamanda, 20 Yanvarı qəhrəmanlıq günü hesab edirik. Bu sözləri AzərTAc-a müsahibəsində 20 Yanvar hadisələrində əlil olmuş Heybət Heybətov söyləmişdir. 
O, qürur hissi ilə demişdir ki, bu gün hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir yer vardır. Bu, 20 Yanvar qurbanlarının dəfn edildiyi Şəhidlər Xiyabanıdır. Mən də bu müqəddəs ünvana gəlməyi özümə borc bilirəm. Həmin gün dinc, silahsız xalqımız öz müstəqilliyi, azadlığı uğrunda küçələrə çıxmışdı. İmperiya ordusu isə bizə əsl simasını göstərdi. O vaxt 20 Yanvar şəhidləri azadlığı hər bir nemətdən, hətta canlarından belə üstün tutduqlarını nümayiş etdirdilər. O zaman ümummilli lider Heydər Əliyev özünün və ailə üzvlərinin həyatını təhlükə altında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək qanlı hadisələri törədənləri ittiham etdi. Bu, bizə sözün əsl mənasında yeni ruh verdi. 20 Yanvar faciəsinə də məhz ümummilli liderimizin ciddi səyi nəticəsində hüquqi-siyasi qiymət verilmişdir. Biz bunu heç zaman unutmayacağıq.
H.Heybətov demişdir: "1990-cı ilin 20 Yanvarında yaralanandan sonra, Azərbaycanın o zamankı rəhbərliyi və hakimiyyət nümayəndələri bizə yaxınlaşmağa belə qorxurdular. Yalnız ulu öndərimiz Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar şəhidlərinə və əlillərə qayğı göstərilməyə başlandı, onlara müəyyən imtiyazlar, hüquqlar verildi. Sevinirik ki, ulu öndərin xeyirxah əməllərini davam etdirən Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində son illər 20 Yanvar əlillərinin və şəhid ailələrinin sosial təminatı yaxşılaşır.
Göstərilən yüksək diqqət və qayğıya görə 20 Yanvar şəhidlərinin ailələri, əlilləri, eləcə də Qarabağ və Əfqanıstan müharibələri əlilləri adından Prezident İlham Əliyevə və onun xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığımı bildirirəm".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında