Azərbaycan Prezidentinin adı 2012-ci ilin ən nüfuzlu şəxslərinin siyahısına daxil edilmişdir

Bu barədə Böyük Britaniyada çıxan məşhur "The Times" qəzeti məlumat vermişdir

{nl}

Böyük Britaniyanın məşhur "The Times" qəzetində və saytında dərc edilmiş məqalədə bildirilir ki, Azərbaycan Prezidenti İlham Əliyevin adı 2012-ci ildə dünyada diqqəti ən çox cəlb edən və nüfuz sahibi sayılan 100 nəfərin siyahısına daxil edilmişdir. 
"The Times" Prezident İlham Əliyevin şəxsiyyətini səciyyələndirərək yazır: "Prezident İlham Əliyev bəyan edir ki, Azərbaycan dünyada ən sürətlə inkişaf etməkdə olan ölkədir".
Məqalədə deyilir ki, Böyük Britaniya bunu hiss etməyə başlayır. Bakıda ticarət mərkəzlərinin və beşulduzlu otellərin sayı artır, bu isə onu "Xəzər sahilində Dubay" adlandırmağa əsas verir. "The Times" yazır ki, bu yaxınlarda Londonda Azərbaycan restoranı açılmış və "Baku" jurnalının ingilis dilində versiyası nəşr edilməyə başlamışdır.
"The Times" qəzetinin reytinqinə siyasətçilərdən Azərbaycan Prezidenti ilə yanaşı, ABŞ Prezidenti Barak Obama, AFR Kansleri Angela Merkel, Böyük Britaniyanın Baş naziri Devid Kemeron, İsrailin Baş naziri Binyamin Netanyahu, Kraliça II Yelizaveta, habelə Fransada qarşıdakı prezident seçkilərində Sarkozinin əsas rəqibi Fransua Olland daxildirlər.

{nl}

AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında