İSİM-də anım mərasimi

Qanlı Yanvar faciəsinin 22-ci ildönümü ilə əlaqədar Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzində anım mərasimi keçirilmişdir. Əvvəlcə mərasim iştirakçıları 20 Yanvar şəhidlərinin xatirə kompleksi önünə əklil qoymuşlar.
Tədbirdə İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədov çıxış etmişdir. O demişdir ki, 1990-cı il yanvarın 20-si xalqımızın tarixində ən faciəli günlərdən biri olsa da, həmin gün eyni zamanda, Azərbaycanın tarixinə azadlığımıza və müstəqilliyimizə aparan çətin və şərəfli yolun başlanğıcı kimi yazılmışdır. Həmin gün sovet dövlətinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi bu qəddar təcavüz tarixdə ən ağır cinayətlərdən biridir. 1990-cı ilin 20 Yanvar gecəsində milli azadlığı və torpağının bütövlüyü uğrunda mübarizəyə qalxmış və ədalətsizliyə qarşı öz haqq səsini ucaltmış insanlara divan tutulmuşdur. Bunun nəticəsində yüzlərlə soydaşımız amansızlıqla qətlə yetitilmiş və şikəst olmuşdur. Lakin bu qəddar cəza aksiyası bizim iradəmizi qıra bilmədi və Azərbaycan xalqı müqəddəs istəyi olan müstəqilliyə nail oldu.
Mərkəzin hüquqşünası Fidan Rüstəmova çıxışında bildirdi ki, qanlı 20 Yanvar faciəsinə ilk dəfə xalqımızın ümummilli lideri Heydər Əliyev münasibət bildirmişdir. 1990-cı il yanvarın 21-də bütün təhlükələrə baxmayaraq, o Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlmiş və bəyanat verərək bu cinayətdə M.Qorbaçov başda olmaqla SSRİ rəhbərliyini ittiham etmiş və bu qanlı aksiyanı humanizmə və hüquqa zidd hadisə kimi qiymətləndirmişdir.
Sonra İSİM-in şöbə müdiri Aris Rüstəmov və əməkdaş Yeganə Vəliyeva çıxış etdilər. Onlar bildirdilər ki, 20 Yanvar hadisəsi Azərbaycan xalqının qan yaddaşına həkk olunmuşdur və şəhid olan Vətən övladlarının əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır.
Ayaz HƏMİDOĞLU, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında