BAAU-da 20 Yanvar şəhidlərinin xatirəsi anılıb

Dünən Bakı Avrasiya Universtitetində (BAAU) 20 Yanvar hadisələrinin 22-ci ildönümünə həsr olunmuş toplantı və xatirə mərasimi keçirildi. Tədbirdə əvvəlcə Azərbaycanın istiqlaliyyəti uğrunda həlak olmuş 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. 
BAAU-nun prorektoru, hüquq elmləri doktoru N.Cəfərli tədbiri giriş sözü ilə açaraq bildirdi ki, 20 Yanvar Azərbaycan xalqının qan yaddaşında həm ümumxalq hüzn günü, eyni zamanda, şanlı qəhrəmanlıq səhifəsi kimi əbədi həkk olunmuşdur. Bu faciə M.Qorbaçov başda olmaqla, ermənipərəst SSRİ rəhbərliyinin Azərbaycan xalqının haqq səsinin susdurulması üçün planlı şəkildə törətdiyi qanlı cinayət idi. Amansız qırğın nəticəsində 130-dan çox adam öldürülmüş, 700-dən çoxu yaralanmış, 850 nəfər qanunsuz həbs edilmişdir. Həlak olanlar arasında qadınlar, uşaqlar, qoca və ahıllar olmuşdur. Natiq daha sonra vurğuladı ki, qanlı 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət məhz ulu öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra verilmişdir.
Tədbirdə BAAU-nun filologiya və jurnalistika kafedrasının müdiri, fəlsəfə elmləri doktoru F.Mustafa, dosent A. Şahmuradov, 20 Yanvar şəhidi Ülvi Bünyadzadənin müəllimi Rəfiqə Məmmədova və başqaları çıxış edərək 20 Yanvar faciəsi ilə bağlı xatirələrini söylədilər.

{nl}

Elçin ABBASOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında