Məktəblərdə 20 Yanvar dərsləri keçirildi

Təhsil naziri Misir Mərdanov 20 Yanvar faciəsinin 22-ci ildönümünün qeyd olunması barədə əmr imzalamışdır. Əmrə əsasən yanvarın 19-da ümumtəhsil məkətəbələrində və məktəbdənkənar təhsil müəssisələrində ilk dərslərin və məşğələlərin 20 Yanvar faciəsinə həsr olunacağı göstərilirdi.
Bakı Şəhəri üzrə Təhsil İdarəsində də buna uyğun olaraq xüsusi əmr imzalanmış və dünən paytaxtın bütün ümumtəhsil məktəblərində və məktəbdənkənar müəssisələrində ilk dərs 20 Yanvar faciəsinə həsr olunmuşdur.
Bakı şəhəri 1 saylı məktəb də bu tədbirə qoşulmuşdur. Məktəbdə ilk dərslər şəhidlərin anılması ilə başlamışdır. Hər sinfin özünə uyğun proqram əsasında dərslər keçilmiş, uşaqlar 20 Yanvar haqqında şeirlər söyləmişlər.
Dərslərdə 20 Yanvar faciəsinin xalqımızın azadlıq ruhunu qırmadığı, əksinə, müstəqilliyimizin əldə olunmasında Qanlı Yanvarın müstəsna rol oynadığı bildirilmişdir.
Məktəbin direktoru Elida Rzayeva birdirmişdir ki, bu gün yetişməkdə olan nəslə 20 Yanvar haqqında həqiqətlərin çatdırılması çox vacibdir. Müəllimilərimiz bu dərslərə xüsusi diqqət yetirir. Bu faciə bizim tariximizin şanlı səhifəsidir.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında