"Azərkosmos" Azərbaycanı beynəlxalq kosmik bazara çıxaracaq

Azərbaycan Prezidenti İlham Əliyevin "Azərkosmos" Açıq Səhmdar Cəmiyyətinin təsis edilməsi haqqında sərəncamı olduqca böyük əhəmiyyət daşıyır. Bunu mayın 6-da Bakıda jurnalistlərlə söhbətində rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.
Nazirin sözlərinə görə, "Azərkosmos" ASC-nin yaradılması haqqında sərəncam iki strateji məqsəd daşıyır - Azərbaycanda kosmik sənayenin inkişafı və nəticə olaraq peykin kommersiya məqsədləri ilə istifadə olunması. "Bunun sayəsində Azərbaycan beynəlxalq kosmik bazara çıxa biləcək", - deyə Ə. Abbasov bildirib.
Sərəncama əsasən, səhmləri dövlətə məxsus "Azərkosmos" ASC Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində telekommunikasiya peykinin orbitə çıxarılması, idarə edilməsi və istismarı işlərinin həyata keçirilməsi məqsədi ilə təsis edilib. ASC-də ümumi yığıncağın səlahiyyətlərinin həyata keçirilməsi Nazirlər Kabineti, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, eləcə də Əmlak Məsələləri Dövlət Komitəsinə həvalə edilib.
Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi "Azərkosmos" ASC-nin inkişaf istiqamətlərini müəyyən edəcək. Həmçinin Nazirliyə Azərbaycanda kosmik fəaliyyət sahəsində elmi-texniki nailiyyətləri və qabaqcıl təcrübəni öyrənmək, bu sahədə dövlət siyasətinin həyata keçirilməsinə dair müvafiq tədbirlərin görülməsində iştirak etmək və həmin sahənin inkişafı ilə bağlı təklifləri hazırlamaq məqsədi ilə müvafiq Şura yaratmaq tapşırılıb.
Dövlət başçısı həmçinin Nazirlər Kabinetinə tapşırıb ki, Cəmiyyətin Nizamnaməsini və strukturunu iki ay müddətində təsdiq etsin; Telekommunikasiya peykinin istehsalı və orbitə çıxarılması, əsas və ehtiyat Yerüstü Peyk İdarəetmə Mərkəzinin yaradılması və beynəlxalq tələblərə uyğun tikintisi üçün qaytarılmaq şərti ilə növbəti illərin Azərbaycan Respublikasının dövlət büdcəsinin layihəsində müvafiq vəsaitin nəzərdə tutulmasını təmin etsin.
Nazirlər Kabineti Azərbaycanın telekommunikasiya peyki orbitə çıxarılanadək, "Azərkosmos" ASC-nin saxlanma xərclərinin maliyyələşdirilməsinin dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsini təmin etməlidir.

{nl}

M.MÜKƏRRƏMOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında