"Azərsu" ASC-də faciə qurbanlarının xatirəsi yad edilmişdir

Dünən "Azərsu" Açıq Səhmdar Cəmiyyətində 20 Yanvar - Ümumxalq hüzn günü münasibətilə anım mərasimi keçirilmişdir. Tədbir iştirakçıları öncə Vətən şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Mərasimdə çıxış edən "Azərsu" ASC-nin sədri Qorxmaz Hüseynov bildirmişdir ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. 1988-ci ildən başlayaraq Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin ermənilərə havadarlığından hiddətlənən xalq Bakının küçə və meydanlarına çıxaraq cərəyan edən proseslərə öz etirazını bildirmişdir. Natiq qeyd etdi ki, xalqın mübarizə əzmini qırmaq istəyən SSRİ rəhbərliyinin göstərişi ilə 1990-ci il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanın paytaxtına xüsusi təyinatlı qoşunlar yeridilmiş və onlar dinc xalqa qarşı qırğınlar törətmişlər. Nəticədə 134 mülki vətəndaş öldürülmüş, 600-dən çox adam yaralanmışdır. Azərbaycan xalqının ən çətin günlərində də xalqla bir yerdə olan ümummilli lider Heydər Əliyev 20 Yanvar faciəsi ilə bağlı cəsarətli mövqe nümayiş etdirmişdir. Ulu öndər 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndələyinə gələrək xarici jurnalistlər qarşısında çıxış etmiş, Mixail Qorbaçov başda olmaqla imperiya rəhbərliyinin xalqımıza düşmən siyasətini qətiyyətlə ifşa etmişdir . "Azərsu" ASC-nin sədri Q. Hüseynov 20 Yanvar faciəsinə tam siyasi-hüquqi qiymətin ümummilli lider Heydər Əliyevin təşəbbüsü sayəsində verildiyini də diqqətə çatdırmışdır.
Tədbirdə çıxış edən şəhid ailəsinin üzvü, "Azərsu" ASC-nin baş energetiki Vilayət İbadov, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərin iştirakçısı, şöbə rəisi Əvəz Nəbiyev və başqaları xalqımızın haqq işinin müdafiəsi naminə küçələrə çıxmış yüzlərlə günahsız insanın qətlə yetirilməsini pisləyərək, şəhidlərimizin fədakarlığının gələcək nəsillər üçün qəhrəmanlıq nümunəsi olduğunu qeyd etmişlər.

{nl}

M.YAQUBZADƏ, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında