Vergilər Nazirliyində anma mərasimi

Vergilər Nazirliyində 20 Yanvar faciəsinin 22-ci ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir. Tədbirin əvvəlində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Mərasimdə Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov qeyd etmişdir ki, 1990-cı il yanvarın 20-də keçmiş sovet dövlətinin silahlı qüvvələrinin Azərbaycan xalqına qarşı həyata keçirdiyi qanlı aksiya insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixə düşmüşdür. Həmin günlərdə Azərbaycan xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar. Azərbaycanın informasiya blokadasına alındığı həmin vaxtda ümummilli lider Heydər Əliyevin o zamankı çox ağır bir şəraitdə heç nədən çəkinmədən Moskva şəhərindəki Azərbaycan nümayəndəliyinə gələrək xalqımızın haqq səsini dünya ictimaiyyətinə çatdırması, öz xalqı ilə birlikdə olduğunu aşkar şəkildə nümayiş etdirməsi minnətdarlıq hissi ilə xatırlanmışdır. Qanlı Yanvar hadisələrinə əsl siyasi-hüquqi qiymət də yalnız ulu öndərin yenidən hakimiyyətə qayıtmasından sonra verilmiş, faciənin günahkarlarının adları açıqlanmışdır. Dahi şəxsiyyət Heydər Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini daim əziz tutmuş, onların adlarının əbədiləşdirilməsi məqsədilə bir sıra fərman və sərəncamlar imzalamış, 20 Yanvar Ümumxalq hüzn günü elan olunmuşdur.
Tədbirdə xüsusi vurğulanmışdır ki, 20 Yanvar qurbanlarına və şəhid ailələrinə həmişə diqqət və qayğı ilə yanaşırlar. Azərbaycan xalqı bu faciəni heç vaxt unutmayacaq. Ölkə Prezidenti İlham Əliyev şəhid ailələrini daim diqqətdə saxlayır, onların ehtiyaclarının ödənilməsi, sosial problemlərinin həlli ilə bağlı konkret tədbirlər həyata keçirir.
Mərasimdə çıxış edən natiqlər 20 Yanvar faciəsi barədə danışarkən bu cinayətin yüz ildən artıq bir dövr ərzində Azərbaycan xalqına qarşı yönəldilmiş soyqırım siyasətinin bir həlqəsi olduğunu vurğulamaqla bərabər bildirmişdir ki, Yanvar qırğını nə qədər faciəli olsa da, xalqımızın iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilməmişdir. Bir tərəfdən tariximizin kədərli, digər tərəfdən isə qəhrəmanlıq səhifəsi olan həmin gün azadlıq uğrunda mübarizliyin və sarsılmazlığın nümayişi günü kimi xalqımızın xatirəsində əbədi yaşayacaqdır.
Tədbir iştirakçıları Vergilər Nazirliyinin foyesində təşkil edilmiş 20 Yanvar faciəsindən bəhs edən kitab və fotoşəkil sərgisi ilə tanış olmuşlar.

{nl}

V.BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında