Nəsimi rayonunda 20 Yanvar şəhidlərinin xatirəsi anıldı

Nəsimi rayonunda 20 Yanvar hadisələrinin 22-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir. 
Mərasimi Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini Zahid Xəlilov açaraq bildirdi ki, xalqımızın tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş hadisədən 22 il keçir. Həmin gün öz azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda haqq səsini ucaldan insanlara qəddarlıqla divan tutulmuş, yüzlərlə dinc sakin öldürülmüş və şikəst edilmişdir. O müdhiş gecədə uşağa, qocaya, qadına aman verilmir, yaralılara köməyə gələn həkimlər gülləbaran edilirdi. Həmin gün totalitar sovet rejiminin, ermənilərə açıq havadarlıq edən SSRİ rəhbərliyinin əsil iyrənc və qəddar siması bütün dünyaya tam çılpaqlığı ilə nümayiş olundu.
Lakin bütün bu vəhşiliklər və qəddar cəza aksiyaları xalqımızın azadlıq istəyini, müstəqillik arzusunu məhv edə bilmədi. Bütün çətinliklərə və məşəqqətlərə baxmayaraq Azərbaycan xalqı əsrlər boyu arzusunda olduğu azadlığa qovuşdu və öz müstəqil dövlətini qurdu. Həmin hadisələrdə şəhid olan oğul və qızlarımız öz fədakarlıqları ilə şanlı adlarını xalqımızın tarixinə qızıl hərflərlə yazdılar. Bu qəhrəman övladlarımızın əziz xatirəsi daim qəlbimizdə yaşayacaqdır.
Natiq bildirdi ki, 20 Yanvar hadisələrinə hüquqi-siyasi qiymət yalnız ümummilli liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verildi və cinayətdə əli olan şəxslərin hamısı adbaad açıqlandı.
20 Yanvar Cəmiyyəti Nəsimi Rayon Şöbəsinin sədri Tofiq Allahverdiyev çıxışında 20 Yanvar şəhid ailələlərinə və bu hadisələrdə sağlamlığını itirmiş insanlara göstərilən daimi diqqət və qayğıya görə möhtərəm Prezidentimiz İlham Əliyevə dərin minnətdarlığını bildirdi.
H.Sarabski adına Mədəniyyət evi kollektivinin ifasında 20 Yanvar mövzusunda ədəbi-bədii kompozisiya nümayiş etdirildi. Ehsan süfrəsi açıldı. Yüzə yaxın 20 Yanvar şəhidi ailəsinə və əlilinə maddi yardım verildi.

{nl}

Ayaz HƏMİDOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında