Xalqımız şəhidlik zirvəsinə ucalmış insanların xatirəsini daim yad edir

Yanvarın 19-da Bakı Dövlət Universitetində 20 Yanvar faciəsinin 22-ci ildönümünə həsr olunan tədbir keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoymuş, tər gül dəstələri düzmüşlər. 
Sonra Vətənimizin azadlığı və suverenliyi uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri universitetin rektoru, Milli Məclisin deputatı Abel Məhərrəmov açaraq, müdhiş hadisənin törənmə səbəblərindən danışmış, faciənin xalqımızın qan yaddaşında əbədi həkk olunduğunu qeyd etmişdir.
Qanlı Yanvar gününü bir daha xatırlayan A.Məhərrəmov demişdir ki, keçmiş SSRİ-nin rəhbəri Mixail Qorbaçovun göstərişi ilə 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə nizami sovet ordusunun əsgərləri və zirehli texnikası Bakıda müstəqillik uğrunda ayağa qalxmış dinc, əliyalın insanlara qarşı amansız vəhşiliklər törətmişlər. Bu, sovet imperiyasının, onun hərb maşınının xalqımıza qarşı həyata keçirdiyi ən qəddar və ağır cinayətlərdən biri kimi xalqımızın yaddaşında silinməz iz buraxmışdır.
Bildirilmişdir ki, faciə Azərbaycan xalqının əzmini qıra bilməmişdir. Xalqımız həmin gecə həyatlarını Vətənimizin gələcəyi naminə qurban vermiş, azadlığa yol açmış, bununla da şəhidlik zirvəsinə ucalmış bu insanları həmişə hörmətlə yada salır və onların qəhrəmanlığı qarşısında baş əyir.
Vurğulanmışdır ki, yalnız ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışından sonra bu vəhşi terror aktına hüquqi-siyasi qiymət verilmişdir.
Natiqlər dünyada misli görünməmiş bu qırğının müəlliflərinin arzusunun puça çıxdığını, hərbi təcavüzün Azərbaycan xalqının mübarizə ruhunu qıra bilmədiyini, milli birliyini daha da möhkəmləndirdiyini söyləmişlər.
Diqqətə çatdırılmışdır ki, ümummilli liderimiz Heydər Əliyevin göstərişi ilə 20 Yanvar faciəsi şəhidlərinin ailələri, əlil olmuş vətəndaşlarımız dövlətimizin hər cür diqqət və qayğısı ilə əhatə olunmuşdur. Bu siyasət Prezident İlham Əliyev tərəfindən də davam etdirilir.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında