Azərbaycan diasporu Hollandiyada ermənilərin təxribatının qarşısını almışdır

Benilüks Azərbaycanlıları Konqresi 11-15 yanvar tarixlərində Utrix şəhərində keçirilən beynəlxalq turizm sərgisi çərçivəsində ermənilərin təxribat cəhdinin qarşısını almışdır.
Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən məlumata görə, sərgidə ermənilər Hollandiya ictimaiyyətini aldadaraq Ermənistana aid guşədə növbəti dəfə heç bir ölkə və beynəlxalq təşkilat tərəfindən tanınmayan saxta "Dağlıq Qarabağ Respublikası"na turizm səfərlərinin təşkili ilə bağlı materiallar nümayiş etdirməyə cəhd göstəriblər. Amma hər il olduğu kimi, bu dəfə də onların təxribatlarının qarşısı alınmışdır.
Niderland Krallığı Xarici İşlər Nazirliyinin strukturuna daxil olan CBJ təşkilatı sərginin açılmasına bir neçə gün qalmış Ermənistanı təmsil edən turizm şirkətlərini xəbərdar edərək "Dağlıq Qarabağ Respublikası" haqqında hər hansı bir məlumatın sərgidə nümayiş etdirilməsinin yolverilməz olduğunu bildirmişdir. Xəbərdarlığa əhəmiyyət verməyən ermənilər öz çirkin niyyətlərini həyata keçirməyə cəhd göstərmişlər. Amma onların niyyətləri baş tutmamışdır. Ermənistan guşəsini daim nəzarətdə saxlayan BAK-ın üzvləri ermənilərin təxribat hərəkətləri barədə CBJ təşkilatının rəhbərliyinə dərhal məlumat verərək Dağlıq Qarabağa dair eksponatların guşədən çıxarılmasına nail olmuşlar.
CBJ rəhbərliyi erməniləri bu cür təşəbbüsə təkrar yol verəcəkləri təqdirdə belə sərgilərdə iştiraklarının sual altında qalacağını diqqətə çatdırmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında