Azərbaycan ilə ABŞ arasında əməkdaşlığın daha da genişləndirilməsi məsələləri müzakirə olunmuşdur

Yanvarın 18-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan ABŞ dövlət katibinin köməkçisinin Avropa və Avrasiya məsələləri üzrə müavini Erik Rubin ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, E.Məmmədyarov Azərbaycan ilə ABŞ arasında münasibətlərin müsbət templə inkişaf etdiyini diqqətə çatdıraraq, müxtəlif sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini qeyd etmişdir.
E.Rubin beynəlxalq sülhün təmin olunmasında Azərbaycanın verdiyi töhfəni yüksək qiymətləndirmişdir.
Görüşdə ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıq məsələləri, Yaxın Şərq və Cənubi Qafqazdakı vəziyyət, Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunması istiqamətində aparılan danışıqlar və bir sıra qarşılıqlı maraq doğuran mövzular ətrafında fikir mübadiləsi aparılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında