Səbaillilərin şəhidlərə ehtiramı

Xalqımızın qan yaddaşına yazılmış 20 Yanvar faciəsi ölkəmizin hər yerində olduğu kimi, paytaxtımızın Səbail rayonunun idarə və təşkilatlarında, ali və orta təhsil müəssisələrində də geniş qeyd olunur. 
Azərbaycan Dövlət Pedaqoji və İqtisad universitetlərində, Dövlət İdarəçilik Akademiyasında ümumxalq hüzn gününə həsr olunmuş toplantı və xatirə mərasimləri keçirilmişdir. Rayondakı muzey və sərgi salonlarında fotosərgilər təşkil olunmuş, orta məktəblərin foyelərində Qanlı Yanvar faciəsinin 22-ci ildönümü ilə əlaqədar fotostendlər düzəldilmiş, inşa yazıları, rəsm, şeir müsabiqələri keçirilmiş, divar qəzetləri buraxılmışdır. Şagird və tələbələrin Şəhidlər Xiyabanına ziyarəti təşkil olunmuş, yanvar ayının 18-19-da rayondakı bütün orta məktəblərdə keçirilən birinci dərslər Qanlı Yanvar faciəsinə həsr edilmişdir.
Şəhidlərimizin uyuduğu Şəhidlər Xiyabanının Səbail rayonu ərazisində yerləşməsi ilə əlaqədar rayonun təsərrüfat xidmətləri bu günlərdə xüsusi iş rejimində çalışır. Bu il xiyabanda daha bir yenilik edilmiş, yaşlı, xəstə, fiziki qüsurlu vətəndaşlarımızın ziyarətinin asanlaşdırılması üçün burada eskalator quraşdırılmışdır. Yanvarın 20-də rayondakı Bibiheybət ziyarətgahında və İçərişəhərdəki "Cümə məscidi"ndə şəhidlərin xatirəsinə dualar oxunacaq və ehsanlar veriləcəkdir.
Səbail Rayon İcra Hakimiyyətinədə rayonda yaşayan 20 Yanvar şəhidlərinin ailələri və faciə zamanı əlil olmuş rayon sakinləri ilə keçirilən görüşdə torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur.
Tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov qeyd etmişdir ki, bu faciə xalqımızın qan yaddaşında əbədi həkk olunmuşdur. Keçmiş sovet imperiyası ordusu qarşısına silahsız, əliyalın çıxaraq canlarından keçən 20 Yanvar şəhidləri müasir tariximizin qəhrəmanları olmuşlar. Ümummilli liderimiz Heydər Əliyev 20 Yanvar faciəsi zamanı şəhid olanların ailələrinə, əlil olmuş vətəndaşlarımıza diqqət və qayğısını əsirgəməmişdir. Onun səyləri ilə faciə qurbanlarının ailələri və 20 Yanvar əlilləri dövlət himayəsi ilə əhatə olunmuşlar. Prezident İlham Əliyev də ölkəmizin azadlığı və müstəqilliyi uğrunda şəhid olmuş və sağlamlığını itirmiş şəxslərə qayğını diqqət mərkəzində saxlayır, onlara verilən təqaüd və müavinətləri ilbəil artırır.
Rayon icra hakimiyyətinin başçısı şəhid ailələri və 20 Yanvar əlillərinin məişət qayğıları və problemləri ilə də maraqlanmışdır. Qeyd olunmuşdur ki, 2011-ci ildə II qrup 20 Yanvar əlili, rayon sakini Elmar Həşimovun ailəsi RİH-in köməyi ilə yeni mənzillə təmin olunmuşdur.
Şəhid ailələri və əlillər adından çıxış edənlər onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Tədbirin sonunda RİH tərəfindən şəhid ailələrinə və əlillərə maddi yardım göstərilmiş və ərzaq bağlamaları təqdim olunmuşdur.

{nl}

R.TAHİR, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında