Dövlət Dəniz Administrasiyasında 20 Yanvar şəhidlərinin xatirəsi anılmışdır

Yanvarın 18-də Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasında (ARDDA) 20 Yanvar faciəsinin 22-ci ildönümünə həsr olunmuş tədbir keçirilmişdir.
ARDDA-nın mətbuat katibliyindən bildirmişlər ki, iştirakçılar əvvəlcə 1990-cı il yanvarın 20-də şəhid olmuş oğul və qızlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.
Sonra çıxış edən ARDDA-nın rəisi Qüdrət Qurbanov demişdir ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuşdur. Bu faciə M.Qorbaçov başda olmaqla, o vaxtkı ermənipərəst SSRİ rəhbərliyinin Azərbaycan xalqının haqq səsinin susdurulması üçün planlı şəkildə törətdiyi qanlı cinayət idi. Sovetlər İttifaqının müdafiə naziri D.Yazovun, daxili işlər naziri V.Bakatinin, digər əlaqədar struktur rəhbərlərinin başçılığı ilə təpədən-dırnağadək silahlanmış və tərkibində Stavropol, Rostov, Krasnodardan olan ermənilərin də olduğu peşəkar zabitlər əliyalın xalqımıza amansız divan tutmuşlar.
M.Qorbaçov SSRİ və Azərbaycan Respublikasının konstitusiyalarının tələblərini kobud şəkildə pozaraq, yanvarın 19-da Bakıya qoşun yeridilməsi barədə göstəriş vermiş və yanvarın 20-də fövqəladə vəziyyət elan etmişdi. Dövlət Təhlükəsizliyi Komitəsi isə bundan əvvəl, yanvarın 19-u saat 19.30 radələrində o vaxt yeganə televiziya olan AzTV-nin enerji blokunu partladaraq televiziya verilişlərini dayandırmışdı. Məqsəd xalqı əsas informasiya mənbələrindən məhrum etmək idi.
Amansız qırğın nəticəsində 130 nəfərdən artıq adam öldürülmüş, 700 nəfərdən çox yaralanmış, 850 nəfərə yaxın insan qanunsuz həbs edilmişdir. Həlak olanlar arasında qadınlar, uşaqlar, qoca və ahıllarla yanaşı, həkim və tibb işçiləri də olmuşdu. Q.Qurbanov bildirmişdir ki, belə bir ağır şəraitdə ümummilli lider Heydər Əliyev özünün və yaxınlarının həyatını təhlükədə qoyaraq, Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlmiş, SSRİ rəhbərliyinin, M.Qorbaçovun Azərbaycan xalqına qarşı törətdiyi cinayəti kəskin şəkildə tənqid etmişdi. Qanlı 20 Yanvar faciəsinə də hüquqi-siyasi qiymət yalnız ümummilli liderimiz Heydər Əliyevin yenidən respublika rəhbərliyinə qayıdışından sonra verilmişdir.
Tədbirdə Dövlət Dəniz Administrasiyası rəisinin müavini Etiram Rəhimov, aparatın rəhbəri Əhməd İsmayılov, mətbuat katibi Ərsalan Əliyev və başqaları Qanlı Yanvar faciəsi ilə bağlı acı xatirələrini söyləyərək, o vaxtkı respublika rəhbərliyinin xalqa zidd siyasətini, öz xalqının taleyinə biganəliyini pisləmiş, şəhidlərimizə Allahdan rəhmət diləmişlər.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında