Azərbaycan Prezidenti İlham ƏLİYEV: "...Həm maaşlar, həm pensiyalar daha da artmalıdır və artacaqdır"

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2011-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2012-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı əldə olunmuş uğurlardan danışarkən sosial sahədə qazanılmış nailiyyətlərin gələcəkdə daha da artırılmasının vacibliyini xüsusi vurğulamışdır.
O bildirdi ki, "İnsanların rifah halı yaxşılaşır, ünvanlı sosial yardım alan ailələrin sayı 120 min təşkil edir. Bu da onu göstərir ki, hələ öz maliyyə vəziyyətini yaxşılaşdıra bilməyən ailələrə dövlət daim diqqət göstərir və hər bir ailəyə orta hesabla ayda 106 manat müavinət verilir."
Azərbaycanda həqiqətən də Prezident İlham Əliyevin uğurla gerçəkləşdirdiyi sosialyönümlü iqtisadi siyasət və çevik islahatlar nəticəsində əldə olunan nailiyyətlər ölkə vətəndaşlarının yaşayış səviyyəsinin daimi olaraq yüksəldilməsini təmin edən fundamental əsasları formalaşdırmışdır. Bu əsaslara söykənərək ölkəmizdə sosial müdafiə sistemi beynəlxalq standartlar əsasında keyfiyyətcə yenidən qurulmuş və sosial məsələlərin həlli daim ölkə rəhbərinin diqqət mərkəzində olmuşdur.
2011-ci il Azərbaycanın sığorta-pensiya sisteminin inkişafında çox əlamətdar il oldu. Çünki 2006-cı ilə qədər və ondan sonra pensiyaya çıxmış şəxslərin pensiya məbləğləri arasındakı fərqlər Prezident İlham Əliyevin verdiyi tapşırıq əsasında aradan qaldırıldı. Fonddan bildirirlər ki, bu məqsədlə qanunvericiliyə edilmiş dəyişikliyi yerinə yetirmək üçün əvvəlki pensiya sənədləri əsasında hesablamalar aparıldı. 2010-cu il yanvarın 1-dək pensiyaya çıxmış 1 milyon 273 min şəxsin hər birinin fondun mərkəzləşdirilmiş arxivindəki pensiya işində olan əmək stajına uyğun pensiyasının yenidən hesablanması iyul-avqust aylarında yekunlaşdırıldı. İş stajının pensiya təyinatından sonra toplanması və ya bəzi səbəblərdən pensiya işində məlumatın tam olmadığı hallar isə sonradan fərdi nəzarətə götürüldü.
Müşavirədə Azərbaycan Prezidenti haqlı olaraq qeyd etdi ki, "Sosial sahədə bizim siyasətimiz uğurla davam etmişdir, 2011-ci ildə maaşlar, pensiyalar artırılmışdır. 900 minə yaxın pensiyaçının təqaüdü təxminən 40 faiz artmışdır və bu da sosial siyasətimizin əsas istiqamətlərindən biridir". Həqiqətən də mövcud pensiya məbləğlərindən daha yüksək olanı pensiya təyinatı üçün əsas götürülməklə 898 min 952 nəfərin pensiyası iyulun 1-dən orta hesabla 40 faiz artırıldı, həmin artım nəticəsində yarım il ərzində bu pensiyaçılara əlavə olaraq 200 milyon manata yaxın vəsait ödənildi.
Bununla da bütün pensiyaların vahid prinsiplə hesablanması təmin edildi. Bu isə 2011-ci il və ondan sonrakı illərin inflyasiya göstəricilərinə uyğun olaraq hər il aparılacaq pensiyaların sığorta hissəsinin artırılması proseslərinin bütün pensiyaçılara şamil olunması deməkdir.
Pensiya sistemində köklü islahatlar aparmış əksər inkişaf etmiş ölkələrdə əvvəlki sistemin iştirakçılarının yeni şəraitə inteqrasiyası hələ başa çatdırılmayıb. Azərbaycanda isə bu problem tam həll edilmişdir. Dövlət Sosial Müdafiə Fondundan bildirirlər ki, islahat nəticəsində keçən il iyulun 1-nə qədər 85 manat pensiya almış 482 min nəfərin pensiyası orta hesabla 44 manat və ya 52 faiz artmışdır. 8550 nəfərin pensiyası 100 faizdən çox, 61147 nəfərinki 80 faizdən 100 faizə qədər, 262145 nəfərinki isə 50 faizdən 80 faizə qədər artmışdır. Bu islahat nəticəsində cari ildə pensiyaçılara ödəniləcək əlavə vəsaitin həcmi 400 milyon manat olacaqdır ki, bu da Dövlət Sosial Müdafiə Fondunun 2012-ci il büdcəsinin 17 faizini təşkil edir.
2011-ci il yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 5,7 faizlik artım tətbiq olundu, bundan başqa elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat məbləğində əlavələr hesablandı və bu 5 min 900 nəfərə yaxın alimə şamil edildi. Nəticədə 2011-ci ilin əvvəli ilə müqayisədə ölkə üzrə əmək pensiyalarının orta aylıq məbləği 28,7 faiz artaraq 145,2 manata, o cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 36,4 faiz artaraq 160,4 manata çatdırıldı.
Aparılan son islahatdan sonra pensiyaçılarımızın 97 faizinin pensiya məbləği yoxsulluq həddini keçdi. 2003-2011-ci illər ərzində ölkədə 60 yaşdan yuxarı insanların sayı 4 faiz artaraq 810 min nəfərə çatdı və buna müvafiq olaraq pensiya sistemi xərcləri 7,3 dəfə artdı. İslahatların uğurla aparılmasının nəticəsidir ki, qlobal maliyyə böhranının təsirinin davam etdiyi, əksər ölkələrin pensiya sistemlərinin göstəricilərinin aşağı düşdüyü 2011-ci ildə, Dövlət Sosial Müdafiə Fondunun gəlirləri əvvəlki ilə nisbətən 354 milyon manat və ya 20,1 faiz artaraq 2 milyard 120 milyon manat təşkil etmişdir. Ötən il sosial sığorta haqları üzrə gəlirlər 2010-cu ilə nisbətən 10,8 faiz artaraq 1 milyard 230 milyon manat olmuşdur. Sosial sığorta daxilolmalarının 58,6 faizi qeyri-büdcə təşkilatlarının payına düşmüş, onların ödədiyi sosial sığorta haqlarının məbləği əvvəlki ilə nisbətən 12,5 faiz və ya 80 milyon manat artmışdır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və torpaq mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi daha da gücləndirilmiş, fiziki şəxslərdən daxilolmalar 14 faiz, torpaq mülkiyyətçilərinin ödəmələri isə 13 faiz artmışdır. 2011-ci il ərzində fondun beynəlxalq əlaqələr şöbəsinə xarici ölkələrin sığorta-pensiya qurumları, əcnəbi vətəndaşlar və xaricdə yaşayan Azərbaycan vətəndaşlarından 1916 müraciət daxil olmuşdur. Müraciətlərin mövzusu vətəndaşların pensiya hüququnun təmin edilməsi ilə bağlı zəruri sənədlərin hazırlanaraq təqdim edilməsidir. "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq görülmüş işlərin nəticəsində fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 9,2 faiz artmışdır. 2011-ci ildə əlavə olaraq 166 402 sığortaolunana fərdi hesab açılmışdır. 2011-ci ilin sonuna əmək pensiyaçılarının sayı ilin əvvəli ilə müqayisədə 14200 nəfər azalaraq 1 milyon 278 min nəfər təşkil etmişdir. Yaşa görə əmək pensiyaçılarının sayı 18300 nəfər, ailə başçısını itirməyə görə 3200 nəfər azalmış, əlilliyə görə isə 7300 nəfər artmışdır.
"2009-2015-ci illərdə sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"nda 2015-ci ilə qədər fondun fəaliyyətinin prioritet istiqamətləri dəqiq müəyyənləşdirilmişdir. Müşavirədəki çıxışında Prezident bu məsələyə də toxunaraq demişdir: "Növbəti illərdə görüləcək tədbirlər, həm ayrılacaq vəsait, həm yaradılacaq yeni iş yerləri, həm də apardığımız uğurlu investisiya siyasətimiz bizə kömək edəcəkdir. Əlbəttə ki, həm maaşlar, həm də pensiyalar daha da artmalıdır və artacaqdır."
Fonddan bildirirlər ki, əgər 2011-ci ildə sistem üçün əsas vəzifə pensiya təminatının bütün pensiyaçılar üçün vahid sistemə gətirilməsi idisə, 2012-ci ildə prioritet pensiya təyinatının avtomatlaşdırılması olacaqdır.

{nl}

Zərifə BƏŞİRQIZI, "Xalq qəzeti"

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında