Ermənistan Liberal Partiyasının sədri: "Ermənistan diplomatiyası iflasa uğramışdır"

AzərTAc "Jamanak" qəzetinə istinadla xəbər verir ki, bu sözləri Ermənistan Liberal Partiyasının sədri Ovannes Ovannisyan ölkənin xarici işlər naziri Edvard Nalbandyanın 2011-ci ildə Ermənistanın xarici siyasət uğurlarına dair çıxışını şərh edərkən demişdir. 
Liberal Partiyasının sədri qeyd etmişdir ki, ölkə hakimiyyəti arzularını reallıq kimi təqdim edir. Neçə prezidentin Ermənistanı ziyarət etdiyi və ya Serj Sarkisyanın neçə ölkəyə səfər etdiyini açıqlamaq, sadəcə bir statistikadır və bunun xarici siyasət ilə heç bir əlaqəsi yoxdur. Bütün bunlar protokoldur. Zənnimcə, xarici siyasət sahəsində ən böyük uğursuzluq Ermənistanın BMT-də heç bir məsələni həll edə bilməməsi və Azərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvü seçilməsi oldu. Deyə bilərəm ki, bizim diplomatiya fiaskoya uğramışdır. Dağlıq Qarabağ məsələsi dərin dalana dirənmişdir və Edvard Nalbandyan bunun səbəbkarıdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında