Dövlət Qulluğu Məsələləri üzrə Komissiya müsabiqənin nəticələrini açıqlamışdır

Ötən il oktyabrın 4-də, 21-də və noyabrın 4-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən 97 dövlət orqanı üzrə 888 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə təşkil olunmuşdur. Müsabiqənin test imtahanı mərhələsi ötən il noyabrın 25-də və bu il yanvarın 14-də keçirilmişdir. 
Test imtahanı zamanı namizədlərin dünyagörüşü, dünyanın, əsasən də Azərbaycanın tarixi, coğrafiyası, mədəniyyəti, müasir beynəlxalq münasibətləri, qanunvericilik sahəsində, informasiya texnologiyaları və məntiqi düşünmə qabiliyyəti sahələri üzrə bilikləri yoxlanılmışdır.
Namizədlərin imtahana daha yaxşı hazırlaşmaları üçün ətraflı məlumat və Komissiyanın test tapşırıqlarının hazırlanması üçün tərtib etdiyi ümumiləşdirilmiş proqramlar və metodiki vəsait Komissiyanın rəsmi internet saytında yerləşdirilmişdir.
Test imtahanında ilk olaraq inzibati vəzifələrin 6-cı və 7-ci, sonra isə 8-ci və 9-cu təsnifatları üzrə qeydə alınmış namizədlər iştirak etmişlər.
Müsabiqədə iştirak etmək üçün komissiyada 5 min 286 namizəd qeydə alınmışdır. Onlardan 1258 nəfəri (bütün namizədlərin 23,80 faizi) qanunvericiliyə müvafiq olaraq müsabiqənin ilk mərhələsini uğurla başa vurmuşdur. Test mərhələsini uğurla başa vuran namizədlərdən 535 nəfəri 6-cı və ya 7-ci, 392 nəfəri 8-ci və ya 9-cu təsnifat inzibati vəzifələr üzrə keçid balını toplamışdır.
Namizədlərdən 331 nəfəri isə 6-cı və ya 7-ci təsnifat inzibati vəzifələrə iddia etsə də, bu vəzifələr üzrə keçid balını toplamamış, lakin 8-ci və ya 9-cu təsnifat inzibati vəzifələr üzrə keçid balını yığa bilmişdir.
Namizədlərdən 1227 nəfəri (bütün namizədlərin 23,21 faizi) test imtahanında iştirak etməmişdir. Bunlardan 249 nəfəri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 128 nəfəri İqtisadi İnkişaf Nazirliyi, 88 nəfəri Dövlət Sosial Müdafiə Fondu, 69 nəfəri Ekologiya və Təbii Sərvətlər Nazirliyi üzrə qeydə alınmış namizədlərdir.
Test imtahanının nəticələri müsabiqə başa çatdıqdan dərhal sonra namizədlərin nəzərinə çatdırılmışdır. Eyni zamanda, nəticələr komissiyanın rəsmi internet saytında da yerləşdirilmişdir.
Test imtahanının nəticələrinə görə, daha çox namizədin uğur qazandığı dövlət orqanları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əmlak Məsələləri üzrə Dövlət Komitəsi, Dövlət Sosial Müdafiə Fondu, İqtisadi İnkişaf Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyidir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında