İmişli şəhərinin su təchizatı sistemi yenidən qurulur

"Azərsu" Açıq Səhmdar Cəmiyyəti regionlarda əhalinin keyfiyyətli və dayanıqlı içməli su ilə təmin olunması üçün mühüm infrastruktur layihələri həyata keçirir. Qurumun mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, 2011-ci ilin sentyabrında icrasına başlanmış "İmişli şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi" üzrə işlər hazırda sürətlə davam etdirilir. Layihəyə əsasən, İmişli şəhərini içməli su ilə təmin etmək üçün Beyləqan rayonunun Aşıqalılar kəndi ərazisində hər birinin məhsuldarlığı saniyədə 30 litr olan 5 subartezian quyusu qazılmalıdır. Artıq bu quyulardan biri istismara tam hazırdır, digər quyuların qazıntısı isə davam edir. 
Adı çəkilən mənbədən İmişli şəhərinə qədər 29 kilometr uzunluğunda magistral xəttin 8 kilometrdən artıq hissəsinin çəkilişi başa çatdırılıb. Bundan əlavə, istehlakçıların fasiləsiz su təchizatına nail olmaq üçün İmişlidə hər birinin tutumu 2500 kubmetr olan 2 və 1500 kubmetrlik 1 su anbarları tikilir. Anbar meydançasında isə suqəbuledici kamera, xlorator, nasosxana binaları inşa olunur. Layihəyə uyğun olaraq İmişli şəhəri ilə yanaşı, magistral kəməri boyunca yerləşən 4 kəndə də təmiz su veriləcək.
Xatırladaq ki, "İmişli şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi" əhali artımının 2035-ci ilə qədər inkişafı nəzərə alınmaqla 40 min nəfər üçün hesablanmışdır. Layihə çərçivəsində şəhərin dayanıqlı su təchizatının aparılması üçün ümumi uzunluğu 180 kilometr olan müxtəlif diametrli paylayıcı su şəbəkəsi, çirkab sularının toplanması üçün 170 kilometr uzunluğunda kanalizasiya şəbəkəsi yaradılacaq. Bundan əlavə, layihə çərçivəsində 25 nasos stansiyasının, məhsuldarlığı sutkada 10 min kubmetr olan yeni çirkab sutəmizləyici qurğusunun inşası da nəzərdə tutulur.

{nl}

M. YAQUBZADƏ, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında