Vatikanın məxfi arxivində Azərbaycanla bağlı araşdırmalar davam etdiriləcək

Vatikanın məxfi arxivində Azərbaycanla bağlı araşdırmaların davam etdirilməsi qərara alınmışdır.
Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əlyazmalar İnstitutunun tərcümə və informasiya şöbəsinin müdiri Fərid Ələkbərli məlumat vermişdir. Onun sözlərinə görə, araşdırmalar Azərbaycan hökumətinin dəstəyi ilə AMEA, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən aparılacaq. Lakin hələlik araşdırmaların nə zaman davam etdirilməsi ilə bağlı dəqiq tarix məlum deyil. Şöbə müdiri bu işin kifayət qədər böyük maliyyə vəsaiti tələb etdiyini bildirmişdir.
F. Ələkbərli qeyd edib ki, araşdırmalar zamanı Azərbaycan tarixinin qədim və orta əsrlər dövrünə aid sənədlərə daha çox önəm veriləcək: "Ümumiyyətlə, Azərbaycanla bağlı istənilən sənəd bizim üçün qiymətlidir".
Qeyd edək ki, Vatikanın məxfi arxivlərində Azərbaycana aid tapılan sənədlərin surəti dekabrın 7-də Bakıya gətirilmişdir. Sənədlər ümumilikdə 1000 səhifə həcmindədir. Bu sənədlər Elxanilər, Atabəylər, Ağqoyunlu, Qaraqoyunlu, Səfəvilər və Qacarlar dövlətlərinin hökmdarlarının Vatikana məktubları və onlara yazılmış cavab məktubları, Vatikandan həmin dövlətlərin hökmdarlarına məktublar və onlara yazılmış cavablar, müxtəlif missionerlərin Azərbaycandakı siyasi cərəyanlarla bağlı gizli hesabatları və s. ibarətdir.

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında