Salyan Azərbaycanın ən qədim yaşayış məskənlərindən biridir

Mövzu aktuallığı Bakıdan təşrif buyurmuş alimlərdə, mütəxəssislərdə bu konfransa ciddi maraq doğurmuşdu. Salyanın arxeoloji və memarlıq irsinə həsr olunmuş elmi-praktik konfransa rayon ictimaiyyətinin nümayəndələri də böyük həvəslə qatıldılar. Bu da, əlbəttə, təsadüfi deyildi. Salyan Rayon İcra Hakimiyyətinin yüksək səviyyədə təşkil etdiyi bu mühüm tədbir bölgənin qədim tarixini öyrənmək və çağdaş nəsillərə bu şərəfli tarixi keçmişə layiq olmaq duyğusunu aşılamaq baxımından xüsusi əhəmiyyət daşıyırdı.
Azərbaycan tarixçilərinin və etnoqraflarının görkəmli nümayəndələrini qədim və günəşli Muğan torpağında - Salyanda salamlayan rayon icra hakimiyyətinin başçısı Tahir Kərimov tədbiri açaraq mövzu barədə dolğun və ətraflı məlumat verdi. Qeyd etdi ki, son illər ölkə Prezidenti möhtərəm İlham Əliyevin yüksək, səriştəli idarəetmə qabiliyyəti ölkəmizə mühüm uğurlar qazandırmışdır. Əldə olunan yüksək sosial-iqtisadi inkişaf maddi-mədəniyyət sahələrinin öyrənilməsinə, tədqiqinə geniş imkan yaratmışdır. Məhz bu imkanın nəticəsində son vaxtlar Salyan ərazisində arxeoloji qazıntılar zamanı aşkar edilmiş tapıntılar - küplər, saxsı qablar və sikkələr indiyədək mövcud olan bir çox fikir və mülahizələrin - xüsusilə Salyanın tarixi barədə müxtəlif fərziyələrin yanlışlığını ortaya çıxarmış, əslində isə, ərazinin tarixinin güman edildiyindən də xeyli çox olmasını əsaslandırmağa imkan yaratmışdır.
RİH başçısı bildirdi ki, bütün bunlar sözsüz ki, Salyanın ən qədim yaşayış məskənlərindən olması barədə rəylərin heç də əsassız olmadığını tarixi faktlarla təsdiqləyir. Bu barədə mütəxəssislərin, alimlərin fikir və mülahizələrinə ciddi ehtiyac duyulduğunu vurğulayan T.Kərimov aparılan işlərin uğurla davam etdirilməsi üçün Rayon İcra Hakimiyyətinin hər cür kömək göstərməyə bundan sonra da hazır olduğunu bildirdi.
Tədbirin əhəmiyyətini yüksək qiymətləndirən AMEA-nın birinci vitse-prezidenti Arif Həşimov bunun gələcəkdə daha böyük uğurlu arxeoloji tapıntılara zəmin yaradacağını bildirdi, arxeoloji əşyayi-dəlillərin aşkar edilərək qorunmasının vacibliyini qeyd etdi. Natiq məsələyə qayğıkeşliklə yanayan rayon icra hakimiyətinin başçısına da minnətdarlıq etməyi unutmadı.
Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, Milli Məclisin deputatı Yaqub Mahmudov çıxışına bu sözərlə başladı:
- Tarixini bilməyən xalq məhvə məhkumdur.
Fəaliyyətini vətənpərvərlik, dövlətçiliyə sədaqət, xalqa bağlılıq və tariximizə qayğı üzərində quran rayon icra hakimiyyətinin başçısına uğurlar arzulayan Y.Mahmudov xüsusi qeyd etdi ki, möhtərəm Prezidentimiz İlham Əliyevin etimad göstərdiyi şəxsin özündə məhz bu xüsusiyyətləri cəmləşdirməsi təbiidir. Çünki möhtərəm dövlət başçısımız özü tariximizə qayğı ilə yanaşmaqda ən yaxşı örnəkdir.
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru Maisə Rəhimova, AMEA-nın müxbir üzvü Vəli Əliyev, tarix elmləri doktoru Əsədulla Cəfərov, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun əməkdaşı, memarlıq üzrə fələsəfə doktoru Rizvan Qarabağlı Salyan rayonunda aparılan arxeoloji qazıntıların əhəmiyyətindən danışdılar, tapılan eksponatların tariximizi daha dərindən öyrənmək baxımından vacibliyini vurğuladılar.
Arxeologiya və Etnoqrafiya İntitutunun şöbə müdiri, tarix elmləri doktoru Arif Məmmədov Salyanda son dövrdə arxeoloji qazıntıların aparlıması, eksponatların tapılması barədə tədbir iştirakçılarına ətraflı məlumat verdi və vurğuladı ki, bu eksponatlar Salyanın tarixinin ən azı 2800 ildən çox olduğuna dəlalət edir.
Sonda RİH başçısı T.Kərimov bir daha bu işlərin vacibliyini qeyd etdi və hər cür yardıma hazır olduqlarını bildirdi. Daha sonra qonaqlarda Salyanın sosial inkişafı barədə dolğun təəssürat yaradan gəzinti təşkil olundu.
Məlumat üçün xatırladaq ki, Salyandakı küp qəbirlər Babazanlı dağında geniş sahədə yerləşir. Qeyd etmək lazımdır ki, rayonun Qırxçıraq, Bəndovan yaşayış məskənlərindən tapılan saxsı qablar, sikkələr ərazidə insanların çox qədim zamanlardan məskunlaşdığını sübut edir. Ümumiyyətlə, geniş araşdırma tələb edən bu məsələlər, sözsüz ki, tariximizi öyrənmək baxımından çox faydalıdır.

{nl}

Səməd HÜSEYNOĞLU, "Xalq qəzeti"nin bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında