Gennadi QATİLOV: Azərbaycanın BMT TŞ-yə seçilməsi ölkənin beynəlxalq arenada rolunun tanınması deməkdir

Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına (TŞ) qeyri-daimi üzv seçilməsi ölkənin beynəlxalq arenada rolunun tanınması deməkdir. "Trend"in İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bu fikirləri çərşənbə axşamı Rusiya xarici işlər nazirinin müavini Gennadi Qatilov söyləmişdir:
"Rusiya Azərbaycan Respublikasının BMT TŞ-yə qeyri-daimi üzv seçilməsi faktını müsbət qiymətləndirir". G.Qatilov xatırladıb ki, Rusiya Azərbaycanın BMT TŞ-yə seçilməsinə səs verib və onun namizədliyini dəstəkləmişdir.
Yanvarın 1-dən Azərbaycan, Qvatemala, Mərakeş, Pakistan və Toqo BMT TŞ-nin qeyri-daimi üzvü kimi səlahiyyətlərinin icrasına başlamışlar. Həmin ölkələr bu təşkilata ötən ilin oktyabrında Baş Assambleyada keçirilən seçkilər zamanı 2012-2013-cü illər müddətinə seçilmişlər. Bu ölkələr TŞ-də iki illik səlahiyyət müddəti 2011-ci il dekabrın 31-də başa çatan Bosniya və Herseqovina, Braziliya, Qabon, Livan və Nigeriyanı əvəz etmişlər.
Rusiya XİN rəhbərinin müavini Gennadi Qatilov demişdir: "Biz azərbaycanlı dostlarımızla xüsusi məsləhətləşmələr apardıq və həll edəcəyimiz məsələləri müzakirə etdik. Praktiki olaraq, onların hamısı üzrə ümumi yanaşma üzə çıxdı. Nyu Yorkdakı nümayəndə heyətlərimiz arasında olduqca yaxşı, konstruktiv və faydalı qarşılıqlı fəaliyyət qurulub. Ümid edirəm ki, bu fəaliyyət gələcəkdə də davam edəcək....
Şübhəsiz ki, bu hadisə Azərbaycanın imic və nüfuzuna müsbət təsir edəcək". Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasına (TŞ) qeyri-daimi üzv seçilməsi artıq ölkənin beynəlxalq arenada rolunun və BMT çərçivəsində aktiv fəaliyyətinin tanınması faktıdır. Bu, Azərbaycanın bütün dünyada nüfuzunu böyük ölçüdə artıran müsbət məqamdır".

{nl}

 

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında