Yanvarın 16-da Azərbaycan saytlarına haker müdaxilələri baş vermişdir

Yanvarın 16-da Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin və Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Departamentinin serverlərində yerləşən müxtəlif qurumların saytlarına haker müdaxilələri baş vermişdir.
Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə Azərbaycan saytlarına baş vermiş haker müdaxilələrinə münasibət bildirərək demişdir ki, bunun nəticəsində bir neçə dövlət orqanının və ictimai təşkilatın saytlarının işində problemlər yaranmışdır. Hadisə baş verən ilk andan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi aidiyyəti qurumlarla birlikdə vəziyyəti nəzarətə götürmüş, təhlillərin aparılmasına və lazımi əlavə mühafizə tədbirlərinin görülməsinə başlanılmışdır. Müəyyən olunmuşdur ki, saytlara şəkillər və məlumatlar yerləşdirilərək müdaxilələr edilmişdir. Müdaxilənin formaları, onlar barədə dərhal KİV-lərə elektron məktubların göndərilməsi, müxtəlif coğrafi məkanlardakı mənbələrdən həyata keçirilməsi bunun məqsədli xarakter daşıdığını göstərir. Lakin ölkədə İnternetin istifadəsinin təşkili, saytların yaradılması, onların mühafizəsinin qurulması üzrə görülmüş işlər sayəsində ciddi fəsadlar yaranmamışdır. Hazırda müdaxilə olunmuş saytların fəaliyyəti bərpa edilmişdir və işlək vəziyyətdədir.
Hakerlərin fəaliyyəti gündəlik olaraq müxtəlif ölkələrdə baş verir və biz belə halları pisləyir, onların hüquqazidd olduğunu bildirir, bu cür əməllərdən çəkinməyə çağırırıq. Hazırda baş vermiş fakt ətraflı araşdırılır və bunun əsasında beynəlxalq təcrübəyə uyğun olaraq müvafiq addımlar atılacaqdır. Görülmüş işlər barədə ictimaiyyət məlumatlandırılacaqdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında