Babək rayonu yaşayış üçün ideal bir məkan olacaqdır

Böyük Britaniyanın mühəndis dizaynı sahəsində ixtisaslaşmış "Atkins" şirkəti tərəfindən hazırlanan "Bakı Ağ Şəhər" layihəsi çərçivəsində Babək rayonunun salınması planlaşdırılır. 
"Bakı Ağ Şəhər" layihəsinin icra qrupundan bildirmişlər ki, ərazisinə görə ən böyük olacaq bu rayonda eyni zamanda, layihədə tətbiq edilmiş Paris məhəlləsi prinsipi, onun planlaşdırılmış küçələri və 5-7 mərtəbəli binalar əksini tapacaqdır.
Ərazisi 46,2 hektar olacaq rayonda 1 milyon 47 min 340 kvadratmetrlik tikinti sahəsi və 7 min 300 avtomobil üçün dayanacaq yeri nəzərdə tutulmuşdur. Layihəyə görə, burada 899 min 440 kvadratmetr yaşayış, 147 min 900 kvadratmetr ticarət sahəsi üçün yer ayrılmışdır. Yaşıllaşdırılmış küçələr və bağça sakinlərin ixtiyarına veriləcəkdir. Müasir plana uyğun şəkildə layihələndirilmiş və yaşıllaşdırılmış bu sakit rayon yaşayış üçün ideal bir məkan olacaqdır. Onun üstün cəhətlərindən biri də metro stansiyasının bilavasitə yaxınlığında yerləşməsidir.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında