Partlayan Türkiyə gəmisindəki azərbaycanlıların adları açıqlanmışdır

Albaniya sahillərində batan Türkiyə gəmisinin kapitanı Azərbaycan vətəndaşı Xəyyam Məmmədovdur. Bu barədə bazar ertəsi Trend-ə Azərbaycan Dövlət Dəniz Administrasiyasından məlumat veriblər.
Administrasiyadan verilən məlumata əsasən, kapitanla birlikdə azərbaycanlı dənizçilərin ümumi sayı 4 nəfər təşkil edir. "Hazırda baş verən qəza araşdırılır. Araşdırmanın nəticəsindən sonra Azərbaycan tərəfinə bütün təfərrüatlar təqdim ediləcək".
İlkin məlumatlara görə yanacaq tankerlərə yükləndikdən sonra zərərsizləşdirmə prosesinin aparılmaması partlayışa səbəb olmuşdur.
Ekipajın digər azərbaycanlı üzvləri Arif İmranov, Səfa İbrahimov və Ramil Məlikovdur.
Gəmi heyətinin itkin düşmüş üç üzvünün, o cümlədən kapitan Xəyyam Məmmədovun cəsədləri artıq tapılmışdır.
Hazırda ekipajın xilas edilmiş 12 üzvü tibb məntəqlərindədir. Türkiyəyə məxsus "Ədirnə" tankeri yük tanklarında partlayışdan sonra yanvarın 15-də Adriatik dənizində, Albaniyanın Durres limanından 3 mil aralıda batmışdır. Tanker Durresdə 3000 tondan çox yanacaq yükləyibmiş.
1980-ci ildə istehsal edilmiş "Ədirnə" tankerinin yük tutumu 4112 tondur. Syerra Leone bayrağı altında üzən gəminin operatoru Saygi Denizcilik ve Elektrik şirkətidir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında