31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş sərgi keçirilir

{nl}

Dünən Muzey Mərkəzində 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərginin asılışı olmuşdur. Bu barədə Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti məlumat yaymışdır.
1918-ci ilin mart ayının 31-i Azərbaycan xalqının tarixinə növbəti qanlı hadisələrdən biri kimi daxil olmuşdur. Bu tarix hamımıza yaxşı məlumdur. Həmin ağır günlərdə erməni daşnak ordusu və bolşeviklərin silahlı cəza dəstələri Bakıda və ölkənin digər bölgələrində dinc azərbaycanlı-türk əhaliyə divan tutmuş, xalqımıza qarşı əsl soyqırımı törədilmişdir. Zaman-zaman xalqımızın başına gətirilən bəlalar şübhəsiz ki, bizim istedadlı insanlarımızı da daim təsirləndirir və onların yaradıcılığında dərin iz buraxır.
Bu tarix Azərbaycan rəssamlarının əsərlərində də yaşayır. Onların əsas mübarizə vasitəsi sənətləri, qələmi və fırçasıdır. Bütün bunları nəzərə alaraq, cari ilin yanvar ayında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan rəssamlarının 20 Yanvar faciəsi, Xocalı soyqırımı və 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş əsərlərin toplanması ilə bağlı elan vermişdir. Bu ekspozisiyada 90-dan artıq müəllifin 100-dən çox əsəri cəmlənmişdir. Həmin əsərlərin ümumi ruhunda kədərli motivlər, qara və tünd rənglər üstünlük təşkil etsə də xalqımızın və ölkəmizin işıqlı sabahına ümid və inam hissi açıq ifadə olunur. 31 Mart Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş sərginin təşkilində əsas məqsəd gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, xalqımızın başına gətirilən ümummilli bəlaların Azərbaycan rəssamlarının yaradıcılığına göstərdiyi təsiri nümayiş etdirməkdən, günahsız qurbanların əziz xatirəsinin anılmasından ibarətdir.

{nl}

M.MÜKƏRRƏMOĞLU,  "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında