Şimali Kiprin qurucusu və ilk prezidenti Rauf Denktaş vəfat etmişdir

Rauf Denktaşın son sözləri: "Müstəqillik önəmlidir, Ana vətən Türkiyəyə güvənin!"
Ş imali Kiprin lideri Rauf Denktaş cümə günü axşam 87 yaşında xəstəxanada vəfat etmişdir.
Cümə günü komaya düşən R. Denktaş daxili orqanlarındakı problemlərdən əziyyət çəkirdi.
Rauf Raif Denktaş 1924-cü il yanvarın 24-də Kiprin Pafos şəhərində anadan olub. 1948-ci il noyabrın 27-də Kipr türklərinin təşkil etdiyi ilk mitinqi Fazıl Küçük ilə bir yerdə idarə edib. 1983-cü il noyabrın 15-də Şimali Kipr Türk Respublikasının elanından sonra keçirilən ilk seçkilərdə prezident seçilib. Daha sonra bir neçə dəfə də ŞKTC prezidenti seçilib. 2005-ci ildə keçirilən prezident seçkilərində namizədliyini irəli sürməyib.
Şimali Kipr Türk Cümhuriyyətinin qurucusu və ilk prezidenti Rauf Denktaşın son sözləri "Müstəqillik önəmlidir, Ana vətən Türkiyəyə güvənin" olmuşdur. APA-nın Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, son anlarında qızına bu sözləri deyən Rauf Denktaş Bakı vaxtı ilə 00.07 radələrində dünyasını dəyişib. Denktaşın ölüm xəbəri açıqlanan kimi ŞKTC prezidenti Dərviş Eroğlu, baş nazir İrsen Küçük, Türkiyənin Lefkoşadakı səfiri Halil İbrahim Akça, Türkiyə sülhməramlı qüvvələrinin komandanı general Adəm Huduti xəstəxanaya getmişlər. Xəstəxananın qarşısına minlərlə insan toplaşmışdır.
Mətbuat konfransı keçirən ŞKTC prezidenti Dərviş Eroğlu çıxışına "Bu gün daha bir tarix köçdü, baba Denktaşı itirdik" sözləri ilə başlayıb. Eroğlu Kipr qəhrəmanının ölümü səbəbilə Türk dünyasına başsağlığı verib. "Kipr türklərinin və Türk dünyasının başı sağ olsun. Tarix Denktaşı yazacaq, şəxsi həyatını bir kənara ataraq apardığı mübarizəni heç vaxt unutmayacağıq. Ona layiq olacaq, onunla qürur duyacağıq".
Rauf Denktaşın oğlu Sərdar Denktaş da atasının vəfatı münasibətilə Denktaşsevərlərə başsağlığı verib: "Atam əvvəllər itirdiyi üç övladına, şəhid mehmetciklərə, mücahidlərə qovuşdu. Xəstə yatağında atamın qulağına həmişə bu sözləri pıçıldadım: "Bir dövlət qurdun, türk azlığı xalqa çevirdin".
Azərbaycan Prezidenti cənab İlham Əliyev, Türkiyə Prezidenti Abdullah Gül və Baş nazir Rəcəb Tayyip Ərdoğan Rauf Denktaşın ailəsinə başsağlığı vermişlər. Rauf Denktaşla vidalaşma mərasimi Şimali Kipr Cümhuriyyət Məclisinin binasında keçiriləcək.
Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) qurucusu Rauf Denktaşın vəfatı ilə əlaqədar ŞKTC-nin Azərbaycan Nümayəndəliyində xatirə dəftəri qoyulacaq.
ŞKTC-nin Azərbaycan Nümayəndəliyinin rəhbəri Zəki Qazıoğlu APA-ya açıqlamasında deyib ki, hüzn dəftəri mərhum Rauf Denktaş dəfn edildikdən sonra qoyulacaq: "Yəqin ki, ŞKTC-nin bütün nümayəndələrinə bununla bağlı təlimat veriləcək. Biz də təlimat alan kimi bu barədə Azərbaycan ictimaiyyətinə mətbuat vasitəsilə məlumat verəcəyik".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında