Azərbaycan gömrükçüləri mədəni sərvətlərin qanunsuz keçirilməsinin qarşısını qətiyyətlə alırlar

2007-2011-ci illər ərzində gömrük orqanları tərəfindən kitablar, xalçalar, tüfənglər, xəncərlər, qılınclar, çoxsaylı fiqurlar, musiqi aləti, qamçılar, samovarlar, pul sikkələri və digər əşyalardan ibarət 490 ədəd mədəni sərvətin gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb. Trend-in məlumatına görə, bu barədə şənbə günü Dövlət Gömrük Komitəsinin Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin rəisi, gömrük xidməti general-mayoru Güloğlan Muradlı açıqlama vermişdir. Məlumatı DGK-nın rəsmi saytı yaymışdır.
Muradlı bildirib ki, indiyədək gömrük orqanları tərəfindən müsadirə edilən yüzlərlə qədim əlyazma kitablar, ikonalar və digər mədəni sərvətlər aidiyyəti üzrə Milli Elmlər Akademiyasının A.A.Bakıxanov adına Tarix və Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutlarına, İncəsənət Muzeyinə, Naxçıvan Dövlət Xalçaçılıq Muzeyinə, Qafqaz Müsəlmanları İdarəsinə, Təzəpir məscidinə, Bakıdakı Rus Pravoslav Kilsəsinə, Müqəddəs Jen-Mironosets kilsəsinə, Roma katolik kilsəsinin Azərbaycandakı nümayəndəliyinə və digər təşkilatlara əvəzsiz olaraq verilib.
İdarə rəisi qeyd etmişdir ki, Rusiya Prezidenti Dmitri Medvedevin ötən il respublikamıza səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ona təqdim olunan 5 qədim ikona da Azərbaycan gömrükçüləri tərəfindən qaçaqmalçılardan götürülmüşdü.
İncəsənət əşyalarının bir qismi 2006-cı ildə yaradılmış Dövlət Gömrük Komitəsinin Gömrük Tarixi Muzeyi və onun bölməsində qiymətli eksponat kimi qorunur.
General-mayor bildirib ki, DGK-nin nümayəndə heyəti tərəfindən cinayətkarlığın qarşısının alınması və cinayət ədliyyəsi komissiyasının 19-cu sessiyası çərçivəsində BMT-nin Vyana bölməsində, Böyük Lüksemburq Hersoqluğunda, Belçika Krallığında, İsveçrədə, Vatikanda, Rusiya Federasiyasında, Avstriyada, Argentina Respublikasında, Fransada, Gömrük Muzeyləri Beynəlxalq Assosiasiyasının illik konfransında "Azərbaycan gömrüyü mədəni irsin keşiyində" adlı sərgi təşkil edilmiş, bu sərgilərdə Azərbaycan gömrük orqanları tərəfindən müxtəlif vaxtlarda saxlanılan, mədəni dəyər kəsb edən əşyalar nümayiş olunmuşdur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında