Kəlbəcər rayon incəsənət məktəbində istedadlı uşaqları üzə çıxaran görüş

Ulu öndər Heydər Əliyevin sərəncamı ilə yaradılmış Azərbaycan Milli Konservatoriyasının 10 yaşı tamam olur. 
Bu münasibətlə konservatoriyanın rektoru, professor, xalq artisti Siyavuş Kərimi Gəncə şəhəri Gülüstan qəsəbəsində, Azərbaycan Dövlət Aqrar Universitetinin 6 nömrəli yataqxanasında Kəlbəcər rayon incəsənət məktəbinin müəllim və şagird kollektivi, valideynlərlə görüş keçirmişdir.
Tədbirdə məktəbin istedadlı şagirdlərinin ifaları dinlənilmişdir. Məcburi köçkün uşaqlarının ifalarında "Şuşanın dağları" xalq mahnısı, "Heyratı" muğamı və "Mirzə Hüseyn" segahı alqışlarla qarşılanmışdır. Eyni zamanda, uşaq aşıqlar ansamblı "Şirvan" gözəlləməsini, xor kollektivi isə "Bayram" və "Ağacda alma" mahnılarını ifa etmişlər. Şagirdlər, həmçinin tarda, kamançada və pianinoda bacarıqlarını nümayiş etdirmişlər.
Professor Siyavuş Kərimi çıxış edərək, məktəbin müəllimlərinə və şagirdlərinə tövsiyələrini vermişdir.
Sonda Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Vidadi Məhərrəmov məcburi köçkün uşaqları arasında istedadlıların üzə çıxarılmasında və milli musiqimizin inkişafına verdiyi töhfələrə görə S.Kərimiyə rayon ictimaiyyəti adından minnətdarlığını bildirmişdir.

{nl}

AzərTAc
(AS,Dİ)


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında