Son beş ildə gömrük orqanları tərəfindən 47 min 621 hüquqpozma faktı aşkar edilmişdir

Son beş ildə gömrük orqanları tərəfindən 1020-si cinayət xarakterli olmaqla 47 min 621 hüquqpozma faktı aşkar edilmişdir. Azərbaycan Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, həmin faktlar üzrə təhqiqat və istintaqın aparılması, habelə təqsirkarların müvafiq məsuliyyətə cəlb olunması təmin edilmişdir. 
Son beş ildə hüquqpozma faktları üzrə milyon manatlarla dəyəri olan qaçaqmalçılıq əşyaları, o cümlədən 1 milyon 984 min 630 ABŞ dolları, 26 milyon 269 min 637 rus rublu, 213 min 100 avro, külli miqdarda qızıl, gümüş və digər valyuta sərvətləri, 6 odlu silah, 43 kiloqram 515 qram civə, 6 min 898 mobil telefon, 163 kiloqram balıq kürüsü, 10 milyon 606 min 243 ədəd siqaret və sair adda mallar tutulmuşdur.
İnzibati xəta törətmiş şəxslərə qarşı ümumilikdə 6 milyon 434 min 650 manat cərimə tətbiq edilmiş, onlardan götürülmüş 1 milyon 525 min 677 manatlıq mallar müsadirə edilmişdir. Dəyəri milyon manatlarla ölçülən gömrük ödənişlərinin dövlət büdcəsindən yayındırılması hallarının da qarşısı uğurla alınmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında