Respublikanın daxili işlər orqanları cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini sahələrində ötən ili də yüksək göstəricilərlə başa vurmuşlar

Yanvarın 14-də Çevik Polis Alayında ötən ildə görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilmişdir.
Tədbirdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak etmişdir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, əməliyyat müşavirəsini açan nazir Ramil Usubov Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən Heydər Əliyev siyasi kursu və hərtərəfli islahatlar nəticəsində ötən ilin xalqımızın rifah halının yüksəlməsi, insan hüquq və azadlıqlarının daha etibarlı qorunması ilə səciyyəvi olduğunu, iqtisadiyyatın əvvəlki illə müqayisədə daha da inkişaf etdiyini, sosial proqramların, infrastruktur layihələrinin uğurla həyata keçirildiyini xatırlatmışdır.
Nazir bildirmişdir ki, bütün bunlar dövlətimizin başçısının bəyan etdiyi proqram və planların ardıcıllıqla həyata keçirilməsinin və milli maraqlara tam cavab verməsinin əyani təsdiqi olmaqla daxili işlər orqanlarının fəaliyyətinə də müsbət təsirini göstərmişdir.
General-polkovnik Ramil Usubov demişdir ki, respublikanın daxili işlər orqanları cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini sahələrində ötən ili də yüksək göstəricilərlə başa vurmuş, ümumilikdə, cinayətlərin, xüsusən onun ağır növlərinin azalması meyli davam etmişdir.
Hesabat dövründə görülmüş işlər və əldə olunmuş nəticələr barədə Çevik Polis Alayının komandiri, polis polkovniki Zaur Abdullayev məruzə ilə çıxış etmişdir.
O demişdir ki, alayın şəxsi heyəti tərəfindən ölkənin qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, DİN rəhbərliyinin əmr, göstəriş və tapşırıqları rəhbər tutularaq 2011-ci ildə cinayətlərin və digər hüquqpozmaların qarşısının alınması, ictimai asayişin təmini, insan hüquq və azadlıqlarının qorunması ilə bağlı vəzifələrin icrası məqsədyönlü şəkildə davam etdirilmişdir. Hesabat dövründə əsas diqqət cəmiyyətdə polisin nüfuzunun daha da yüksəldilməsinə, xidmətin əməliyyat şəraitinin təhlili əsasında aparılmasına, şəxsi heyətin bilik səviyyəsinin, dünyagörüşünün, mənəvi, döyüş və fiziki hazırlığının artırılmasına yönəldilmişdir.
Qeyd olunmuşdur ki, ötən il şəxsi heyət müxtəlif cinayət törətmiş 777 nəfərin, o cümlədən soyğunçuluga görə 87, oğurluğa görə 248, xuliqanlığa görə 156, narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə 161, dələduzluğa görə 19, digər cinayətlərə görə 33, habelə axtarışda olan 125 şəxsin tutulmasında iştirak etmişdir. Eyni zamanda, müxtəlif inzibati xətalara görə ümumilikdə 17 min 237 nəfər barədə qanunvericiliklə müəyyən edilmiş məsuliyyət tədbirlərinin görülməsi təmin olunmuşdur. Cinayətlərə və digər hüquqpozmalara görə tutulmuş şəxslərin sayı əvvəlki illə müqayisədə 12,3 faiz çox olmuşdur.
Müşavirəyə yekun vuran daxili işlər naziri Ramil Usubov cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində, xüsusən kütləvi tədbirlər zamanı asayişin mühafizəsində Çevik Polis Alayının mühüm funksiyaları yerinə yetirdiyini, hüquq-mühafizə orqanlarının əlaqəli fəaliyyəti sayəsində cinayətkarlığın azaldığını, ölkəmizdə sabitliyin etibarlı qorunduğunu, belə təhlükəsiz şəraitdən, əmin-amanlıqdan hər bir kəsin çox yararlandığını bildirmişdir.
Nazir son illər alayın peşəkarlıq və fiziki hazırlıq baxımından xeyli irəlilədiyini, qarşıya qoyulmuş vəzifəni layiqincə və yüksək səviyyədə yerinə yetirən mobil quruma çevrildiyini, dövlətçiliyin qorunmasında, ölkəmizdə, xüsusən paytaxtda ictimai qayda və təhlükəsizliyin, əmin-amanlığın, sabitliyin nümunəvi təminində xüsusi rolu olduğunu xatırlatmışdır. Bildirmişdir ki, şəxsi heyət çətin məqamlarda həmişə vətəndaşlara yardımçı olmuş, onların və dövlətin qanuni hüquq və mənafelərini hər cür cinayətkar qəsdlərdən qorumuş, əmin-amanlığın, asayişin pozulmasına yönəlmiş istənilən hüquqazidd əməllərin qarşısını qətiyyətlə almış, üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmişdir.
General-polkovnik Ramil Usubov xidməti vəzifələrin icrası üçün zəruri avadanlığın alındığını, ən müasir müdafiə və texniki vasitələrlə təchiz olunduğunu vurğulayaraq, şəxsi heyətin sosial problemlərinin həllinin də daim diqqət mərkəzində olduğunu xatırlatmışdır.
Daxili İşlər Nazirliyi rəhbərliyinin Çevik Polis Alayının şəxsi heyətinin peşəkarlığına, dövlətçiliyə, Vətənə sədaqətinə inandığını və güvəndiyini diqqətə çatdıran Ramil Usubov əmin olduğunu bildirmişdir ki, alayın əməkdaşları cari ildə də qarşıya qoyulan bütün məsul tapşırıqların öhdəsindən layiqincə gələcək, cinayətkarlığa qarşı qətiyyətli və prinsipial olacaq, ölkəmizdə sabitliyin dönməzliyinin təminində, əmin-amanlığın nümunəvi qorunmasında qüvvə və bacarığını əsirgəməyəcəklər.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında