Azərbaycan və ABŞ Müdafiə nazirlikləri arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq üzrə konkret planlar müzakirə edilmişdir

Yanvarın 12-13-də Vaşinqtonda Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq üzrə ikitərəfli məsləhətləşmələrin növbəti raundu keçirilmişdir. Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Ramiz Nəcəfovun başçılığı ilə nümayəndə heyəti Pentaqon və Dövlət Departamentində məsləhətləşmələr apararaq Birləşmiş Ştatlarla müdafiə əməkdaşlığı üzrə geniş spektri əhatə edən məsələləri nəzərdən keçirmiş, cari il üçün konkret planları müzakirə etmişlər. ABŞ tərəfindən məsləhətləşmələrə Pentaqon başçısının müdafiə və beynəlxalq təhlükəsizlik məsələləri üzrə müavini Cozef MakMillan həmsədrlik etmişdir. 
Pentaqonun mətbuat xidmətindən bildirmişlər ki, ABŞ nümayəndə heyətinin tərkibində müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya siyasəti üzrə müavini Selest Volander, ABŞ Baş Komandanlığı, Oklahoma Milli Qvardiyası və Müdafiə Nazirliyi şöbələrinin əməkdaşları təmsil olunmuşdur. Tərəflər müdafiə əməkdaşlığı, xüsusilə də NATO çərçivəsində əməliyyatlararası qabiliyyətin inkişaf etdirilməsi, dəniz təhlükəsizliyi və vacib enerji infrastrukturunun qorunması, eləcə də bölgə təhlükəsizliyi ilə bağlı bir sıra məsələlər üzrə fikir mübadiləsi aparmışlar.
Azərbaycan ilə ABŞ arasında müdafiə və təhlükəsizlik əməkdaşlığı üzrə ikitərəfli məsləhətləşmələr ölkələrimizin bu istiqamətdə əməkdaşlığının əsas amillərindən biri hesab edilir. 2002-ci ilin martından başlayaraq məsləhətləşmələr illik formatda Vaşinqton və Bakıda keçirilir.

{nl}

Şəfəq AKİFQIZI, AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında