Azərbaycan Respublikası İxtisaslaşdırılmış Məhkəmə Hakimləri İctimai Birliyinin ümumi yığıncağı keçirilmişdir

Yanvarın 14-də Azərbaycan Respublikası İxtisaslaşdırılmış Məhkəmə Hakimləri İctimai Birliyinin (Assosiasiyasının) ümumi yığıncağı keçirilmişdir. Yığıncaqda Ali Məhkəmənin, İnzibati-İqtisadi, Hərbi və Apellyasiya Məhkəmələrinin assosiasiyanın üzvü olan hakimləri iştirak etmişlər. 
Assosiasiyanın sədri, Ali Məhkəmənin hakimi Səadət Bəktaşi çıxış edərək hesabat dövründə - ötən üç il ərzində qurumun fəaliyyəti barədə ətraflı məlumat vermişdir. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə dinamik inkişaf edən Azərbaycanda qazanılan sosial-iqtisadi uğurlardan danışmış, məhkəmə sistemində aparılan mütərəqqi islahatların konkret nəticələrini vurğulamışdır. Dövlətimizin başçısının tapşırıqları əsasında ədalət mühakiməsinin səmərəliliyinin yüksəldilməsi istiqamətində görülən ardıcıl və məqsədyönlü tədbirlər xüsusi qeyd edilmişdir.
Ədliyyə naziri Fikrət Məmmədovun sədrlik etdiyi Məhkəmə-Hüquq Şurasının təşəbbüsü ilə yeni məhkəmələrin yaradılması və fəaliyyətinin təşkili, hakimlərin sayının artırılması, onların iş şəraitinin yaxşılaşdırılması, yeni məhkəmə binalarının tikilməsi üzrə görülən işlər diqqətə çatdırılmışdır. Bildirilmişdir ki, Azərbaycanda İxtisaslaşdırılmış Məhkəmə Hakimlərinin Assosiasiyası üzvlərinin sayı ötən illə müqayisədə xeyli artmışdır.
Yığıncaqda "Yeni yaranan inzibati-iqtisadi məhkəmələrdə işlərə baxılarkən prosessual qanunvericiliyin tətbiqinin xüsusiyyətləri və problemlər", "Birinci instansiya məhkəmələri tərəfindən inzibati-iqtisadi mübahisələrə baxılan zaman yol verilən pozuntular", "Apellyasiya instansiya məhkəmələri tərəfindən inzibati-iqtisadi mübahisələrə baxılan zaman yol verilən qanun pozuntuları", "Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin məhkəmələr tərəfindən tətbiqi", "Hərbi məhkəmələrdə işlərə baxılarkən prosessual qanunvericiliyin tətbiqinin xüsusiyyətləri və problemlər" və "Hərbi məhkəmələr tərəfindən işlərə baxılan zaman yol verilən qanun pozuntuları" mövzularında çıxışlar olmuş, məhkəmə fəaliyyətinin aktual məsələləri ətrafında səmərəli müzakirələr, təcrübə və fikir mübadiləsi aparılmışdır.
Son illər ərzində assosiasiyanın beynəlxalq təşkilatlarla əlaqələrinin genişləndirilməsi, qabaqcıl ölkələrin məhkəmə təcrübəsinin öyrənilməsi barədə məlumat verilmişdir.
Yığıncaqda Azərbaycan ümumi məhkəmə hakimləri assosiasiyasının idarə heyətinin yeni tərkibi seçilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında