Yanvarın 20-də Abşeron şəhərətrafı elektrik qatarlarında gediş-gəliş pulsuz olacaq

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətində 20 Yanvar faciəsinin 22-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı hazırlanıb.
Tədbirlər Planına əsasən, yanvarın 20-də saat 6.00-dan 23.00-dək Abşeron şəhərətrafı zonada hərəkət edən elektrik qatarlarında gediş-gəliş pulsuz olacaq. "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədovdan aldığımız məlumata görə, 20 Yanvar günü saat 12.00-da anım dəqiqəsində qatarların hərəkəti dayandırılacaq, lokomotivlər həyəcan fiti verəcəklər. Bundan başqa cəmiyyətin müəssisə və təşkilatlarında 20 Yanvar faciəsinin 22-ci ildönümü ilə bağlı anım tədbirləri keçiriləcək, faciə zamanı şəhid olan və yaralanan dəmiryolçuların ailə üzvlərinə maddi yardımlar paylanacaq, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətin kollektivi Şəhidlər Xiyabanını ziyarət edəcək.

{nl}

Qabil YUSİFOĞLU, "Xalq qəzeti"

{nl}

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında