Çinin qızıl-valyuta ehtiyatları son 14 ildə ilk dəfədir ki, azalmışdır

Çinin beynəlxalq ehtiyatları ötən ilin IV rübündə 20 milyard dollar azalaraq 3,18 trilyon dollara enib. "APA-ECONOMICS"in "Bloomberg"ə istinadən verdiyi xəbərə görə, bu, 1998-ci ilin II rübündən bəri ilk azalmadır.
Çinin ehtiyatlarının azalması kapitalın dollar aktivlərinə axını və valyuta ehtiyatlarının (dollar ehtiyatları istisna olmaqla) yenidən qiymətləndirilməsi ilə bağlıdır. Belə ki, IV rübdə avronun dollara məzənnəsi 3,2 faiz azalıb ki, bu da ehtiyatlara ciddi təsir edib.
Ehtiyatların azalması Çini ABŞ və Avropanın tələb etdiyi yuanın revalvasiyasından imtina etməyə məcbur edə bilər.
Qeyd edək ki, ötən ilin oktyabrında Çinin valyuta ehtiyatları 3,27 trilyon dollar təşkil etməklə tarixi maksimuma çatıb.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında