166 402 sığortaolunana fərdi şəxsi hesab açılmışdır

"2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq davam etdirilən tədbirlər nəticəsində dövlət sosial sığorta sistemində fərdi uçotun tətbiq dairəsi daha da genişlənməkdədir. Belə ki, 2012-ci il yanvarın 1-i tarixinə olan statistikaya əsasən, ötən ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayı 9,2 faiz artmışdır. 
2011-ci il ərzində DSMF tərəfindən əlavə olaraq 166 402 sığortaolunana sosial sığorta nömrəsi verilmiş və onlar üçün fərdi hesab açılmışdır. Nəticədə Azərbaycanda fərdi şəxsi hesaba malik sığortaolunanların sayı 1 966 854 nəfərə yüksəlmişdir. Onu da xatırlatmaq yerinə düşər ki, DSMF-nin fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların 56 faizini kişilər, 44 faizini isə qadınlar təşkil edir.
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr sektorundan bildirmişlər ki, fərdi şəxsi hesabı olanlar arasında 40-50 yaş aralığında sığortaolunanlar ümumi sığortaolunanların 479 591 nəfərini əhatə edir. Bundan başqa, fərdi uçot sistemində 30 yaşa kimi sığortaolunan vətəndaşlar 417 008 nəfər, 30 yaşdan yuxarı, yəni, 40 yaşa kimi sığortaolunanlar 450 595 nəfər, yaşları 50 ilə 60 arasında olan sığortaolunanlar 422 966 nəfər, 60-dan yuxarı yaşı olan sığortaolunanlar isə 196 694 nəfərdir.
Qeyd etmək lazımdır ki, fərdi uçot - Azərbaycan Respublikası qanunvericiliyinə uyğun əmək pensiyalarının və digər sosial müdafiə hüquqlarının təmin edilməsi üçün hər bir sığortaolunan haqqında məlumatların uçotunun təşkili və aparılmasıdır. 2006-cı il yanvar ayının 1-dən tətbiq olunan "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyaları fərdi hesaba toplanan pensiya kapitalına əsasən hesablanır.
Z. BƏŞİRQIZI, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında