Şəkidə məcburi köçkünlər üçün yeni qəsəbə tikilir

Şəki rayonunun Baltalı kəndi yaxınlığında, Kiş bələdiyyəsinə məxsus ərazidə məcbiri köçkünlər üçün 423 ailəlik yeni qəsəbənin tikintisinə başlanmışdır.
AzərTAc xəbər verir ki, bu münasibətlə yanvarın 12-də mərasim keçirilmişdir.
Şəhər icra hakimiyyətinin, aidiyyəti dövlət qurumlarının rəhbər və məsul nümayəndələrinin iştirak etdiyi tədbirdə Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Ayaz Orucov doğma torpaqlarından didərgin düşmüş məcburi köçkünlərin sosial şəraitinin yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyevin diqqət və qayğısı ilə son illər həyata keçirilən tədbirlər barədə danışmışdır. Qeyd olunmuşdur ki, bu istiqamətdə real işlər görülür, məcburi köçkünlərin məskunlaşdığı bir sıra rayonlarda yeni qəsəbələr tikilir, infrastruktur layihələri həyata keçirilir. Yenicə tikintisinə başlanılan bu qəsəbə həmin tədbirlərin davamıdır.
Qəsəbədə tikiləcək 1, 2, 3, 4 otaqlı evlərin hər birinin 12 sot həyətyanı sahəsi olacaqdır. Burada yeni məktəb binası, uşaq bağçası, ambulatoriya, sosial-məişət xidməti obyektləri, inzibati bina inşa ediləcək, zəruri sosial-texniki infrastruktur yaradılacaqdır. Yeni qəsəbənin 2012-ci ilin avqustunda istifadəyə verilməsi nəzərdə tutulur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında