Göyçayda "Yerli özünüidarəetmə sahəsində yeni qanunvericilik və bələdiyyə işinin təkmilləşdirilməsi" mövzusunda seminar keçirilmişdir

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin, Göyçay regional ədliyyə şöbəsinin və şəhər, qəsəbə və kənd bələdiyyələri milli assosiasiyalarının təşkilatçılığı ilə yanvarın 13-də Göyçay şəhərindəki Heydər Əliyev Mərkəzində "Yerli özünüidarəetmə sahəsində yeni qanunvericilik və bələdiyyə işinin təkmilləşdirilməsi" mövzusunda regional seminar keçirilmişdir. 
Seminarda Prezident Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin, Milli Məclisin regional məsələlər komitəsinin, Azərbaycan Bələdiyyə İşçiləri Həmkarlar İttifaqının, Azərbaycan şəhər, qəsəbə və kənd bələdiyyələri milli assosiasiyalarının, Milli Arxiv İdarəsinin, Əmlak Məsələləri Dövlət Komitəsinin, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin nümayəndələri, eləcə də Göyçay, İsmayıllı, Şamaxı, Ağsu, Ağdaş, Ucar, Zərdab, Kürdəmir rayonlarından olan 200-dən artıq bələdiyyənin sədrləri, üzvləri və qulluqçuları iştirak etmişlər.
Tədbirdə Bələdiyyələrlə İş Mərkəzinin rəisi Mehdi Səlimzadə özünüidarəetmənin təkmilləşdirilməsi ilə bağlı ölkəmizdə həyata keçirilən işlərdən, sosial problemlərin həllində bələdiyyələrin iştirakı ilə bağlı qarşıda duran vəzifələrdən danışaraq sosial-iqtisadi inkişaf prosesində bələdiyyələrin fəallığının ildən-ilə artdığını bildirmişdir. Tədbirdə yerli demokratiyanın inkişafında əldə olunan nailiyyətlərlə yanaşı, bəzi bələdiyyələrin fəaliyyətində yol verilən nöqsanlar da göstərilmiş, gələcəkdə bələdiyyələrin işinə maneçilik törədən problemlərin və yol verilən nöqsanların aradan qaldırılmasının zəruriliyi qeyd olunmuşdur. Tədbirdə "Bələdiyyə sahəsində yeni qanunvericilik və onların bələdiyyələrdə tətbiqi", "Bələdiyyə torpaqları üzərində mülkiyyət hüququnun tanınması məsələləri", "Bələdiyyələrdə arxiv işinin təşkili və insan hüquqlarının qorunması işində bələdiyyələrin rolu" mövzularında məruzələr dinlənilmişdir.
Prezident Administrasiyasının regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin məsul işçisi Pənah Cahangirov, Milli Məclisin regional məsələlər komitəsinin üzvü Tahir Rzayev və Azərbaycan Kənd Bələdiyyələri Milli Assosiasiyasının sədri Əli Mehdiyev, bələdiyyələrlə iş mərkəzinin inzibati nəzarət idarəsinin baş məsləhətçisi Hafiz Əliyev tədbirin əhəmiyyətindən danışmışlar. Çıxışlarda bildirilmişdir ki, ölkəmizdə son bir ildə bələdiyyələr sahəsində görülən işlərdən, dövlət siyasətinə uyğun olaraq həyata keçirilən tədbirlərdən biri də qanunvericilikdə həyata keçirilmiş dəyişikliklərdir. Dövlət siyasətində bələdiyyələrə yardım göstərilməsi, onların işinin təşkili və imkanlarının artırılması istiqamətində də əməli tədbirlər həyata keçirilir. Seminarda iştirak edən bələdiyyə nümayəndələri onları narahat edən məsələlərdən danışmış, dövlətin bələdiyyələrin fəaliyyətinə hərtərəfli kömək göstərdiyini yüksək qiymətləndirmiş, fəaliyyətlərində yol verilən nöqsanların aradan qaldırılmasının vacibliyini bildirmişlər.
Qeyd olunmuşdur ki, bələdiyyələr yerli əhalinin üzləşdiyi sosial problemlərin həllində daha fəal olmalı və fəaliyyətlərində qanunçuluğa əməl olunmasını təmin etməlidirlər. Tədbir müxtəlif mövzularda müzakirələrlə başa çatmışdır.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında