Türkiyə parlamentinə Xocalı soyqırımının tanınması ilə bağlı qanun layihəsi təqdim olunacaqdır

İğdırdan seçilmiş millət vəkili Sinan Oğan Türkiyə Böyük Millət Məclisində keçirdiyi mətbuat konfransında bildirmişdir ki, Xocalı qətliamının ildönümü ərəfəsində XX əsrin ən ağır cinayətlərindən biri olan bu soyqırımının tanınması üçün parlamentə qanun layihəsi təqdim olunacaqdır. 
Bundan başqa, Ankarada Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılması və Türkiyə paytaxtının mərkəzi küçələrindən birinin "Xocalı" adlandırılması təklifləri müzakirə olunacaqdır.
S.Oğan demişdir ki, Fransa Milli Assambleyasının qondarma "erməni soyqırımı"nı inkar edənlərin cəzalandırılması ilə bağlı qanun layihəsini qəbul etməsinə etiraz əlaməti olaraq, onun təmsil etdiyi Milliyyətçi Hərəkat Partiyası Ankaradakı "Paris prospekti"nin Əlcəzair prospekti adlandırılması təklifini də parlamentə verəcəkdir.

{nl}

Oqtay BAYRAMOV AzərTAc-ın xüsusi müxbiri
Ankara


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında