Yaya qədər Bakıda nəqliyyatı intellektual idarəetmə sistemi tam gücü ilə işləyəcək

Bakıda 2012-ci ilin ortalarına qədər nəqliyyatı intellektual idarəetmə sistemi tam gücü ilə işləyəcək. Bu barədə çərşənbə günü "Trend"ə Azərbaycan Nəqliyyat Nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov məlumat vermişdir.
Dəyəri 95 milyon dollardan artıq olan nəqliyyatın intellektual idarəetmə sistemi ötən ilin dekabrında işə salınmışdır.
N.Həsənovun sözlərinə görə, hazırda sistem normal rejimdə işləyir, lakin o, tam gücü ilə ilin ortalarından sonra fəaliyyət göstərməyə başlayacaq.
Bakıda sistemin işə salınması birinci mərhələdədir. İkinci və üçüncü mərhələlərdə sistem Abşeron yarımadasını, eləcə də ölkənin bütün iri avtomobil magistralları və yollarını əhatə edəcək. Bütün üç mərhələ işə salındıqdan sonra sistem Bakıdakı mərkəzdən idarə ediləcək.
Sistemin yaradılması Bakının küçələrində yerləşdirilən 664 ədəd informasiya terminalı və 48 ədəd informasiya lövhəsinin quraşdırılmasını nəzərdə tuturdu. Sistemin tətbiqi çərçivəsində avtobus dayanacaqları üçün 639-a yaxın, taksilər üçün 140-a yaxın meydançanın yaradılması planlaşdırılırdı.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında