Danışıqlar yanvarın sonunadək yekunlaşacaq

Qəbələ Radiolokasiya Stansiyasının (RLS) Rusiyaya icarəyə verilməsinə dair danışıqların yanvarın sonunadək yekunlaşması gözlənilir.
Bu barədə APA hərbi mənbələrə istinad edərək məlumat yaymışdır. Məlumata görə, yaxın vaxtlarda bununla bağlı yekun müzakirələr aparmaq və sənədi imzalamaq üçün Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyətinin Moskvaya səfəri planlaşdırılır.
Artıq tərəflər arasında icarə haqqı da daxil olmaqla əksər məsələlər razılaşdırılıb. Sənəd hələ ki, imzalanmadığından Rusiyanın növbəti illərdə nə qədər icarə haqqı ödəməyə razılıq verdiyi açıqlanmayıb. Bununla belə, yeni icarə sazişinin hazırda qüvvədə olan sazişdən xeyli fərqlənəcəyi bəllidir.
Xatırladaq ki, Azərbaycan Qəbələ RLS-nin icarə müddətinin uzadılması müqabilində bir sıra təkliflər irəli sürüb. Buraya icarə haqqının artırılması, RLS-nin ekoloji təsirlərinin aradan qaldırılması istiqamətində Rusiyanın əlavə yardımlar ayırması, stansiyadakı azərbaycanlı heyətin sayının artırılması, stansiyadan müştərək istifadə, o cümlədən, rəsmi Bakı ilə razılaşmadan stansiyada əldə olunan məlumatların üçüncü dövlətə ötürülməməsi və s. daxildir.
Azərbaycanın Qəbələ rayonunda yerləşən və 1985-ci ildə istifadəyə verilmiş "Daryal" tipli RLS SSRİ-nin Raketdən Müdafiə Kompleksinin 8 əsas stansiyasından biri olub. Stansiya 6000 km radiusdakı (İran, Türkiyə, Hindistan daxil olmaqla Yaxın Şərqi bütövlükdə, həmçinin Hind Okeanı və Avstraliya qitəsinin müəyyən qismini) ərazini nəzarətdə saxlamaq imkanlarına malikdir. Stansiya, həmçinin, bu ərazilərdən atılmış orta məsafəli, nüvə başlıqlı raketlərin ilk atış anından etibarən trayektoriyasını müəyyən edə bilir. Azərbaycan mülkiyyətində olan bu stansiyanı 2002-ci ildə imzalanmış müqaviləyə uyğun olaraq 2012-ci ilə kimi Rusiyaya icarəyə verib.

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında