Azərbaycan Mətbuat Şurası cəmiyyətə hesabat verir

Azərbaycan Mətbuat Şurasında keçirilən konfransda qurumun 2011-ci ildəki fəaliyyətini əks etdirən geniş hesabat media vasitəsilə cəmiyyətə təqdim olundu.
AMŞ sədri Əflatun Amaşov rəhbərlik etdiyi mətbuatın özünütənzimləmə qurumunun 1 illik hesabatını açıqladı, bu il qarşıda duran prioritetlərdən söz açdı. Natiq bildirdi ki, AMŞ fəaliyyətinin səkkizinci ilində də məramına və nizamnamə tələblərinə uyğun olaraq, redaksiyalarla dövlət orqanları, jurnalistlərlə oxucular arasında fəal, səmərəli əməkdaşlıq yaratmağa çalışmış, Azərbaycan mediasını beynəlxalq arenada da layiqincə təmsil etmişdir.
Hesabatdan aydın oldu ki, AMŞ-nin idarə heyəti və 8 komissiyası medianın gündəmdə olan məsələlərini daim diqqətdə saxlamışdır. Şura 10-dək respublikadaxili məclis keçirmiş, bu qədər də beynəlxalq tədbirlərdə fəal iştirak etmiş, müxtəlif layihələr həyata keçirmişdir.
1 il ərzində quruma 651 müraciət daxil olmuşdur. Bunun 499-u şikayətlər olmaqla, 295-i vətəndaşlara, 196-sı dövlət, 74-ü özəl, 48-i ictimai, 29-u özünüidarəetmə qurumlarına, 9-u isə partiyalara məxsusdur. 5 il əvvəl müraciətlərin 90 faizi paytaxta aid idisə, indi yarıdan çoxu regionlardan gəlmişdir. Onların əksəriyyətinə baxılmış, katiblikdə 301, idarə heyətində 33 qərar çıxarılmışdır.
Əvvəlki illərdə olduğu kimi, yenə şikayətlərin bir çoxu yazılarda şərəf və ləyaqətə toxunulması, yalan və böhtanla bağlı olmuşdur. Bəzi yazılarda faktların konkret mənbəyinin olmaması, plagiatlıq və vulqar məqamlar da arzuolunmaz hallar kimi özünü göstərmişdir. İl ərzində reket nəşrlərlə bağlı 4 dəfə siyahı elan olunmuş, sonda bura 89 nəşrin adı daxil edilmiş, 10 nəşrin adı isə çıxarılmışdır.
Keçən il AMŞ diffamasiya haqqında qanun layihəsinin hazırlanmasında iştirak etmiş, Gəncədə dövlət müstəqilliyinin 20 illiyi və Bakıda görkəmli jurnalist Nəsir İmanquliyevin 100 illiyi münasibətilə konfranslar, Qubada və Goranboyda treninqlər, Bakıda müxtəlif mövzulu dəyirmi masa və yubiley mərasimləri keçirmişdir. AMŞ-nin təşkilatçılığı ilə Milli Mətbuat Günü təntənə ilə qeyd olunmuş, Bakı türkdilli jurnalistlərin III qurultayına ev sahibliyi etmişdir.
AMŞ sədri diffamasiya haqqında qanunun qəbulunu, mətbuat və cəmiyyət münasibətlərini, medianın iqtisadi və reklam məsələlərini növbəti ildə prioritet kimi açıqladı.
AMŞ İdarə Heyətinin üzvlərindən "Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov, Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun direktoru Vüqar Səfərli, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə hesabatda açıqlanan məsələlərə münasibətlərini bildirdilər.
AMŞ-nin Ahıl Jurnalistlər Məclisinin sədri Yusif Kərimov yaşlı nəsil yazarlarla bağlı şuranın fəaliyyətindən söz açdı, keçirilmiş tədbirlər barədə məlumat verdi.
Sonda AMŞ sədri Əflatun Amaşov yeni başlanan ildə jurnalist kollektivlərinə uğurlar arzuladı.

{nl}

Tahir AYDINOĞLU, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında