Avtobuslarda "online" bilet satışı tətbiq ediləcəkdir

Nəqliyyatı intellektual idarəetmə layihəsinin ikinci mərhələsi çərçivəsində marşrut avtobuslarında "online" bilet satışına başlanılacaqdır.
Nəqliyyat Nazirliyindən bildirmişlər ki, hazırda nəqliyyatı intellektual idarəetmə layihəsinin birinci mərhələsi həyata keçirilir. Marşrut avtobuslarında "online" bilet satışının tətbiqinə isə ikinci mərhələdə başlanılacaqdır. Nəqliyyatı intellektual idarəetmə layihəsi çərçivəsində indiyədək ümumilikdə 4 min 86 avadanlıq quraşdırılmışdır. Bunların da 2 min 96-sı avtobuslardadır.
Xatırladaq ki, ötən il dekabrın 29-da Bakıda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi istifadəyə verilmişdir. Mərkəzin fəaliyyətinin əsas məqsədi paytaxtda nəqliyyat sisteminin təkmilləşdirilməsi, nəqliyyat xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, ictimai nəqliyyatın hərəkətinin tənzimlənməsi və hərəkət marşrutlarının optimallaşdırılmasıdır.

{nl}

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında