Azərbaycan Diplomatik Akademiyasında "açıq qapı" günü keçirilmişdir

Azərbaycan Diplomatik Akademiyasına (ADA) diplomatiya və beynəlxalq münasibətlər üzrə ikiillik magistratura proqramına sənəd qəbulu davam edir.
Yanvarın 12-də ADA-da magistratura proqramı ilə maraqlanan gənclər üçün "açıq qapı" günü keçirilmişdir.
ADA-nın tələbə qəbulu şöbəsinin əməkdaşı Samirə Ağayeva akademiya haqqında təqdimatla çıxış etmişdir. Bildirmişdir ki, altı il bundan əvvəl yaradılmasına baxmayaraq, ADA dünyada böyük nüfuz qazanmışdır. Bu ali təhsil müəssisəsində bakalavr proqramına keçən ildən başlanılmışdır. Hazırda akademiyada təhsil alanların 40 faizini əcnəbi tələbələr təşkil edir. Akademiya keçən ildən Erasmus Mundus təhsil proqramına qoşulmuşdur. Bu isə tələbələrə təhsillərini dünyanın nüfuzlu universitetlərində davam etdirmək imkanı yaradır.
Təqdimatda magistratura proqramı və qəbul qaydaları barədə ətraflı məlumat verilmişdir. Bildirilmişdir ki, hazırda akademiyada yalnız beynəlxalq münasibətlər və diplomatiya ixtisası üzrə magistratura pilləsi vardır. Gələn ildən isə ADA beynəlxalq münasibətlər və biznesin idarəedilməsi magistr proqramları üzrə də abituriyentləri qəbul edəcəkdir. Bu il magistratura proqramı üzrə 40 yer ayrılmışdır. Sənədlərin qəbulu aprelin 1-dək davam edəcəkdir.
Akademiyanın Bakıda tikilən kampusunun layihəsi haqqında məlumat verən S.Ağayeva bildirmişdir ki, kampus 2012-ci ilin sentyabrında istifadəyə veriləcəkdir.
ADA-nın tələbəsi Turə Musayeva "ADA tələbəsi olmaq nə deməkdir?" mövzusunda təqdimatla çıxış etmişdir.
Sonda tədbir iştirakçılarının sualları cavablandırılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında