AzərTAc-ın fotoxronikası "Keyfiyyətə görə" beynəlxalq qızıl mükafata layiq görülmüşdür

AzərTAc-ın fotoxronikası "Keyfiyyətə görə" beynəlxalq mükafata layiq görülmüşdür. Bu il həmin mükafat onun təsis edilməsinin 40-cı ildönümü münasibətilə istisna olaraq "Keyfiyyətə görə" beynəlxalq qızıl mükafat adlandırılmışdır. 
AzərTAc xəbər verir ki, bu barədə məlumat "Keyfiyyətə görə" beynəlxalq mükafatın hazırlıq komitəsinin prezidenti Arsenio Pardo Rodrigesin AzərTAc-ın baş direktoru Aslan Aslanova ünvanlanmış məktubunda yer almışdır.
Məktubda deyilir: "Bizim nəşriyyat qrupunun "Ticarət liderləri klubu" ilə əməkdaşlıq şəraitində, klubun üzvü olan sahibkarların (90 ölkədən 7700 üzv) verdikləri informasiya əsasında hər il təqdim etdiyi "Keyfiyyətə görə" Beynəlxalq mükafatının Hazırlıq Komitəsi səsvermə nəticəsində bu mükafata AzərTAc-ın fotoxronikasını layiq görmüşdür. Mükafat müəssisənin üstünlük qazanmasına imkan verən keyfiyyət ideyalarının təsdiqi və təşviqi məqsədi ilə yaradılmışdır".
"Keyfiyyətə görə" beynəlxalq qızıl mükafatı 2012-ci ildə Madriddə təqdim ediləcəkdir. Tədbirdə diplomatik korpusun nümayəndələri, ticarət sektorunun rəsmi şəxsləri və ölkənin iqtisadi-mədəni həyatının nümayəndələri iştirak edəcəklər. Məktubda deyilir: "40 illik yubiley münasibətilə sizin fəaliyyətinizin xüsusi fərqlənməsi və təsdiqi əlaməti olaraq mükafatdan əlavə, onun təsviri olan Qızıl nişan da təqdim ediləcəkdir".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında