İrina BOKOVA: Müəllimlər informasiya texnologiyaları sahəsində yüksək bilik və bacarıqlarla silahlanmalıdırlar

XXI yüzilliyin əmək bazarında rəqabətə davam gətirəcək kadrların yetişdirilməsi üçün müəllimlər informasiya texnologiyaları sahəsində yüksək bilik və bacarıqlarla silahlanmalıdırlar. Bunu Londonda keçirilən təhsil üzrə Dünya Forumunda YUNESKO-nun baş direktoru İrina Bokova demişdir.
Azərbaycan Milli Elmlər Akademiyası İnformasiya Texnologiyaları İnstitutundan bildirmişlər ki, tədbirdə çıxış edən İ.Bokova İKT-nin təhsildə mühüm rolunu xüsusi vurğulamışdır: "Yeni informasiya-kommunikasiya texnologiyaları (İKT) təhsilin hərəkətverici qüvvəsi ola bilər, lakin bunun üçün İKT təhsil sisteminə inteqrasiya olunmalıdır".
İ.Bokova "Təhsil hamı üçün" qlobal proqramın əhəmiyyətindən danışaraq bildirmişdir ki, təhsil sahəsində qarşıya qoyulmuş məqsədlərin həyata keçirilməsinə, bu sahənin keyfiyyətinin yaxşılaşdırılmasına müasir texnologiyaların geniş tətbiqi və müəllimlərin kompitensiyalarının artırılması yolu ilə nail olmaq lazımdır. O demişdir: "Tədqiqatlar göstərmişdir ki, təhsildə İKT-dən istifadə ilə uğurların əldə edilməsi bir çox hallarda müəllimlərin bu texnologiyaları tədris prosesinə inteqrasiya etməsindən asılıdır". BMT Xəbərlər Mərkəzinin məlumatına görə, üç gün davam edən və bu gün işini başa çatdıracaq forumda dünyanın müxtəlif ölkələrindən 60-a yaxın təhsil naziri iştirak edir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında