Laçın rayonundan olan məcburi köçkün ailələri Ağcabədidə inşa edilmiş yeni qəsəbəyə köçürülür

Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Ağcabədi rayonunun Taxtakörpü ərazisində Laçın rayonundan olan 552 məcburi köçkün ailəsi üçün yeni qəsəbə inşa edilmişdir. Dövlətimizin başçısı 2011-ci il dekabrın 24-də qəsəbənin açılışında iştirak etmişdir.
Ağcabədi rayonunun Taxtakörpü ərazisində, Fin qəsəbəsində, Yastı yol və rayonun Xocavənd qəsəbəsində məskunlaşmış laçınlı məcburi köçkün ailələrinin yeni qəsəbəyə köçürülməsinə başlanılmışdır. Köçürülmə prosesi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir.
Ümumi sahəsi 111 hektar olan qəsəbədə inşa edilən evlərin sahəsi ümumilikdə 31 min 179 kvadratmetrdən çoxdur. Hər bir evin 12 sot torpaq sahəsi vardır. Qəsəbədə müasir standartlara cavab verən 360 şagird yerlik məktəb binası, uşaq bağçası, klub-icma mərkəzi, qəsəbə nümayəndəliyi üçün inzibati bina inşa edilmiş, park və yaşıllıqlar salınmışdır. Zəruri infrastrukturun yaradıldığı qəsəbədəki evlərin 49-u birotaqlı, 194-ü ikiotaqlı, 237-si üçotaqlı, 72-si isə dördotaqlıdır. Qəsəbə elektrik, qaz və içməli su ilə təmin olunmuşdur. Yağış sularının axıdılması üçün drenaj tikilmişdir. Qəsəbədə ümumi uzunluğu 15 kilometr olan yol salınmış, iki transformator stansiyası, altı qaztənzimləyici məntəqə yaradılmışdır.

{nl}

AzərTAc

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında